Təmraz Tağıyev: “Büdcə gəlirlərində artımın olmasını hələ qənətbəxş hesab etmək olmaz”
Nərimanov bələdiyyəsində kollektiv üzvlərinin iştirakı ilə növbəti görüş keçirilib. “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqlinin iştirakı ilə keçirilən növbəti görüşdə Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev bələdiyyə qulluqçularının, xüsusəndə bələdiyyənin vergi xidməti əməkdaşlaının üzərinə düşən məsuliyyət yükündən danışıb.
Sədr
cari ildə bələdiyyənin büdcə gəlirlərində artımın olmasını bildirsə də, bu rəqəmi
qənətbəxş hesab etmədiyini qeyd edib. Qeyd edək ki, ötən ilin on bir ayı ilə
müqayisədə cari ildə yerli vergilərin yığımında 34 faizlik artım müşahidə
olunub.
Hazırda
BAMS-ın verdiyi bütün imkanlardan yararlanaraq daha yüksək nəticə əldə etməli
olduqlarını vergi xidməti əməkdaşlarının diqqətinə çatdıran sədr bələdiyyə də
quluqçuların fəaliyyəti üçün hər cür şərait yaradıldığını da qeyd edib.
Sonda
Təmraz Tağıyev görüşdə iştirak edən “Bələdiyyələrin
fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqlinin fəaliyyətinə
toxunaraq bu fəaliyyəti yüksək qiymətləndirmiş, bələdiyyələrin üzləşdiyi
problemlərin ictimailəşdirilməsində, o cümlədən fəaliyyətin təbliğində əhəmiyyətli
rol oynadığını qeyd edib. Sədr sonda ictimai
birlik sədrini ad günü münasibəti ilə təbrik edərək gələcək fəaliyyətində
ona uğurlar arzulamışdır.
Öz
növbəsində Vüqar Toflqli bu gün Nərimanov
bələdiyyəsinin fəaliyyətinin təcrübəsi
yayıla biləcək bir səviyyədə olmasından, bələdiyyədə qurulan ən müasir
vergi-uçot sisteminin tətbiqindən razılığını ifadə edərək haqqında deyilən
fikirlərə görə bələdiyyə sədrinə və
kollektiv uzvlərinə öz təşəkkürünü bildiirib.
Rəylər
0 Rəy