Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-12-2025 , 22:12

1105

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Əlfəddin Həsənov: “Hədəfimiz büdcə gəlirlərini  300 min manata çatdırmaqdır”

“Sabunçu bələdiyyəsinin növbəti il üçün təsdiq etdiyi büdcə layihəsində  gəlirlərin həcmini 248 min manat nəzərdə tutsa da hədəfimiz 300 min manatdır”- bu fikirləri bələdiyyənin sədr müavinləri  Hüseyn Nəcəfov, Çingiz Vəlizadə və baş mühasib  Bəşarət Qurbanov, habelə “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqlinin iştirakı  ilə keçirilən görüşdə  adıçəkilən bələdiyyənin sədri Əlfəddin Həsənov bildirib.

Sədr görüşdə qeyd edib ki, cari ildə büdcə gəlirlərində 18 faizədək artım müşahidə olunub. Sədr xatırladıb ki, hazırda ay ərzində  ortalama 18-20 min manat vergi toplanır. Bu rəqəmə çatınca bələdiyyənin kollketivi ciddi şəkildə çalışıb və ortalığa konkret iş qoyub. 

Bu gün bələdiyyədə ən müasir standartlara cavab verən  vergi-uçot sistemi qurulub.  Ərazidə bütün təsərrüfatlar  artıq qeydiyyatda salınaraq BAMS proqramına əlavə edilib.  Yenilənmiş BAMS proqramı bələdiyyəyə “qol-qanad” açmağa tam  şəkildə imkan verməkdədir.  Əvvəlki illərdə BAMS -da olan yalnışlıqlar artıq aradan qaldırılmaqdadır.

Görüşdə sədr  bələdiyyədə istər vergi xidməti əməkdaşlarının istərsə də, bələdiyyə qulluqçularının fəaliyyəti üçün tan şərait yaradıldığını qeyd edərək,  məhz bu cür sistemli fəaliyyətin nəticəsidir ki, Sabunçu bələdiyyəsinin büdcə gəlirləri 2019-ci illə müqayisədə dörd  dəfəyə qədər artmışdır.

Belə ki,  bələdiyyənin büdcə gəlirləri  2019-ci ildə 78 min manat olmuşdursa, bu göstərici ilbəil artaraq  2025-cü ilin  242 min manata çatdırılmışdır. Bu illər ərzində bələdiyyənin ən böyük uğuru isə 2020-ci ilədək bələdiyyənin əvvəl ki illərdən yığılıb qalmış 90 min manatlıq  DSMF borcu borcu bağlanmış və nəticə etibari ilə artıq qəsəbə ərazisində ciddi layihələr icra edilməkdədir.

Bələdiyyənin vergi xidməti avqust ayında  21.5 min manat, sentyabr ayında 19 min , oktyabr və noyabr aylarında 20 min manat və dekabr ayında da artıq bu rəqəmə çatmaq üzrədir.

Bələdiyyə bir neçə il əvvəl dayanıqlı maliyyə mənbəyi kimi balansında olan qəbirstanlıqda subvensiya layihəsi çərçivəsində  məzar daşı sexi istifadəyə verilib. Hər il bələdiyyənin büdcə daxilolmalarının 4-5 faizi məhz bu istiqamətdən daxil olur. Əsas məqsədimiz əldə etdiyimzi gəlirlərlə bu sahənin inkişafına nail olaq.

Sədr görüşdə onu da etiraf edib ki, hər bir layihənin icrasında Sabunçu  RİH-in dəstəyini hiss edirik. 

Sədr görüşdə yerli büdcənin gəlirlərinin artımının, davamlılığın və şəffaflığın təmin edilməsi məqsədi ilə mütəmadi olaraq vətəndaşlarla səyyar görüşlər keçirildiyini də qeyd etməyi unutmayıb.

Bələdiyyə tərəfindən sosial məsələlərə, o cümlədən, aztəminatlı ailələrə, xüsusilə şəhid və qazi ailələrinə daha çox diqqət yetirilməkdədir. Bundan başqa fəaliyyət dövrümüzdə Sabunçu bələdiyyəsinin inzibati ərazisində yaşayan  şəhid  və qazi ailələrinə, aztəminatlı və əhalinin həssas təbəqəsinə bələdiyyə tərəfindən milli bayramlar  və əlamətdar tarixi günlərdə ərzaq sovqatları və maddi yardımlar edilməkdədir.

Sonda iştirakçıları maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb.

Belediyye.info






Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür
Bakı
23-02-2026
724