Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-06-2025 , 22:55

3304

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Tərlan İsmayılov: "Əsas səbəb ondan ibarətdir ki..."

Bələdiyyələr niyə mehmanxana xidmətləri üzrə ödənişləri yığa bilmir? Əslində bu rayon bələdiyyələri üçün ciddi problemdir. Və nəzərə alaq ki, ölkə üzrə mehmanxana rüsumlarının ödənişinin  83 faizi paytaxt bələdiyyələrinin üzərinə düşür. Bəs rayon bələdiyyələri bu prosesin icrasında niyə passivlik nüamiyiş etdirir?

Suala İsmayıllı bələdiyyəsinin üzvü, tanınmış maliyyə mütəxəssisi Tərlan İsmayılov belə cavablandırıb. Tərlan İsamyılov qeyd edib ki, "təkcə Qusar deyil, ümumiyyətlə turizm potensialı olan əksər rayon və şəhərlərdə bələdiyyələrin mehmanxana xidmətlərindən vəsait əldə etməməsi sistemli problemdir. Əsas səbəb ondan ibarətdir ki, bu xidməti göstərən obyektlər bələdiyyəyə heç bir hesabat təqdim etmirlər, çünki qanunvericilikdə onların bunu etməyə məcbur edən konkret mexanizm və ya rıçaq yoxdur.

Biz 2015-2016-cı illərdə bu boşluğun aradan qaldırılması üçün təklif etmişdik ki, qonaqlara verilən kassa çeklərində bələdiyyəyə ödənilən 1.1 manatlıq rüsum ayrıca qeyd olunsun və bu rüsum elektron şəkildə nəzarətə götürülsün. Bu barədə Vergilər Nazirliyinə rəsmi məktub da ünvanlamışdıq. Təəssüf ki, bu günə qədər bu məsələ öz həllini tapmayıb.

Əgər bu sahədə real şəffaflıq və büdcəyə ədalətli töhfə istəyiriksə, bələdiyyələrə elektron hesabat tələb etmək və izləmək hüququ verilməli, proses Vergilər Nazirliyi ilə inteqrasiya edilməlidir."

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Deputatların bələdiyyələrə münasibəti

Gündəlik Xəbərlər
14-02-2026
862

Keçən il 43 bələdiyyə sədri məsuliyyətə cəlb edilib

Gündəlik Xəbərlər
09-02-2026
723

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026
678

Azərbaycanda nə qədər qadın bələdiyyə üzvü var?


Gündəlik Xəbərlər
09-02-2026
546

Suleyman Mikayılovu bu şəxs əvəz edəcək

Gündəlik Xəbərlər
02-02-2026
740

2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur

Gündəlik Xəbərlər
02-02-2026
561

Qaradağın icra başçısı vəzifəsindən azad edildi

Gündəlik Xəbərlər
30-01-2026
762

Bu sözləri niyə onlar barəsində demək olmur? CİDDİ

Gündəlik Xəbərlər
28-01-2026
951

Nazirlik videoqəbul keçirib

Gündəlik Xəbərlər
26-01-2026
635

Sağlam təməl üzərində qazanılan böyük uğur

Gündəlik Xəbərlər
22-01-2026
1039