Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-07-2025 , 22:53

1705

Son xəbərlər

Bütün xəbərlər

Bu gün onun günüdür

Bakı
07-05-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Yerli icra hakimiyyətləri arxivə qovuşacaq - EKSPERT RƏYİ

Ən məqsədəuyğun variant rayonların birləşdirilərək 14 iqtisadi rayon üzrə idarə olunmasıdır

Bu model artıq Xankəndi və Laçında tətbiq olunub və effektiv nəticələr verib

Yerli icra hakimiyyətlərində struktur islahatları gözlənilir. İslahatlar çərçivəsində illərlə mövcud olmuş, lakin müasir idarəetmə tələblərinə cavab verməyən bir sıra idarələrin fəaliyyətinə son qoyulacaq. Məlumata görə, funksionallığını itirmiş idarələr ləğv ediləcək. İslahatların məqsədi qərarların qəbulu prosesini sürətləndirmək, bürokratik əngəlləri aradan qaldırmaq və yerli icra hakimiyyətlərinin daha çevik və effektiv fəaliyyətini təmin etməkdir.

Bəzi idarələrin birləşdirilməsi, digərlərinin isə müasir tələblərə uyğun şəkildə yenidən formalaşdırılması nəzərdə tutulur. Hazırda məsələ ilə bağlı aidiyyəti qurumlarda texniki və hüquqi hazırlıq işləri aparılır. Rəsmi qərar və dəyişikliklərin payız aylarında təqdim ediləcəyi gözlənilir.

"Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli Sherg.az-a bildirib ki, yerli icra hakimiyyəti orqanlarında struktur dəyişiklikləri artıq zərurətə çevrilib və bu istiqamətdə atılan addımlar gözlənilən idi. Onun sözlərinə görə, yerli icra hakimiyyətləri Prezidentin təyinatı ilə formalaşsa da, son illər faktiki səlahiyyətlərini əhəmiyyətli dərəcədə itiriblər:

“Hüquq-mühafizə orqanları istisna olmaqla, demək olar ki, bütün nazirlik və komitələr artıq regional idarəetmə sisteminə keçiblər. Lakin bu keçid vahid şəkildə deyil, pərakəndə formada həyata keçirildiyi üçün koordinasiya problemi yaranır. Nəticədə isə əziyyəti yenə də vətəndaş çəkir. Vətəndaş bir məsələni həll etmək üçün hansı quruma, hansı struktur bölməyə müraciət edəcəyini dəqiq bilmir.

Nazirliklərin regional idarəetmə strukturlarının mövcudluğu şəraitində rayon icra hakimiyyəti başçılarının səlahiyyətləri demək olar ki, formallığa çevrilib. İcra başçıları proseslərə müdaxilə edə bilmir, çox zaman sadəcə vasitəçi rolunu oynayırlar. Bu baxımdan bəzi idarələrin ləğvi və ya birləşdirilməsi başadüşüləndir və təəccüblə qarşılanmamalıdır. Bu struktur islahatları kontekstində regional idarəetməyə keçid artıq qaçılmazdır. Ən məqsədəuyğun variant rayonların birləşdirilərək 14 iqtisadi rayon üzrə idarə olunmasıdır. Bu model artıq Xankəndi və Laçında tətbiq olunub və effektiv nəticələr verib. Prezidentin xüsusi nümayəndəlikləri bu bölgələrdə vətəndaşlarla əlaqədə, resursların idarə olunmasında və operativ qərarların qəbulunda müsbət təcrübə yaradıb. Düşünürəm ki, belə nümayəndəliklərin digər iqtisadi rayonlarda da yaradılması zəruridir. Daha irəli mərhələdə isə rayon icra hakimiyyətlərinin ləğvi və rayonların birbaşa bələdiyyələrin idarəetməsinə verilməsi məqsədəuyğun olar. Bu, büdcə xərclərinin optimallaşdırılmasına töhfə verə bilər. Ümumilikdə isə əsas məqsəd yerlərdə idarəetmənin sadələşdirilməsi, vətəndaş məmnunluğunun artırılması və inzibati baryerlərin aradan qaldırılmasıdır”.

https://sherg.az/aktual/311776

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Deputatların bələdiyyələrə münasibəti

Gündəlik Xəbərlər
14-02-2026
862

Keçən il 43 bələdiyyə sədri məsuliyyətə cəlb edilib

Gündəlik Xəbərlər
09-02-2026
725

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026
679

Azərbaycanda nə qədər qadın bələdiyyə üzvü var?


Gündəlik Xəbərlər
09-02-2026
546

Suleyman Mikayılovu bu şəxs əvəz edəcək

Gündəlik Xəbərlər
02-02-2026
742

2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur

Gündəlik Xəbərlər
02-02-2026
562

Qaradağın icra başçısı vəzifəsindən azad edildi

Gündəlik Xəbərlər
30-01-2026
762

Bu sözləri niyə onlar barəsində demək olmur? CİDDİ

Gündəlik Xəbərlər
28-01-2026
951

Nazirlik videoqəbul keçirib

Gündəlik Xəbərlər
26-01-2026
635

Sağlam təməl üzərində qazanılan böyük uğur

Gündəlik Xəbərlər
22-01-2026
1039