Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

30-10-2025 , 11:57

703

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyələrin fəaliyyətinə problem yaradanların... 

Media yazır ki, daha bir icra başçısı saxlanılıb. Bu dəfə növbə Balakənin olub. Hər halda od olmasa tüstü çıxmaz.

Gəldiyim qənaət odur ki, son iyirimi il ərzində Balakənin hər hansı bələdiyyəsi ilə əlaqə qurub  əməkdaşlıq yaratmaq bizə müəyyəsər olmayıb. Bu da çox güman ki, siyasi rəhbərin fəaliyyətilə bağlı olub.
Cari ildə isə bu artıq, yanılmıramsa, saxlanılan ikinci icra başçısıdır. Əslində bələdiyyələrə problem yaradan, onların "əlinə baxan" hər bir icra başçısı həbs olunmalıdır.
Ancaq bələdiyyələrə daha çox problem yaradan orqan RİH-lərlə yanaşı, həm də ƏMDX -nin yerli qurumlarıdır. ƏMDX-nin bir tərəfdən BAMS-ın özlərinin məlumat sisteminə qoşulmasına imkan verməklə bələdiyyə büdcəsinə əlavə vəsaitin daxil olmasına bir növ şərait yaratmış olur, digər tərəfdən sənədləşdirmə ilə bağlı məsələlərin həlinə problem yaradır.
Son illərdə ƏMDX idarəetmədə yeni bir fəaiyyət taktikası seçib. Regional qurum rəhbərlərini tez-tez rotasiya ilə yerlərini dəyişir. Əslində ciddi və düzgün addımdır. Ancaq görünən odur ki, bu addım görüntü üçün atılır. Hər bir yerdəyişmə zamanı yerli "sistemdə" dəyişir və nəticədə problem daha da dərinləşir....
Nə isə...
Bələdiyyələrin fəaliyyətinə problem yaradanların qəlbinə Allah insaf salsın....

Vüqar Tofiqli  

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Ağdaşdan "bir fırtına" keçdi...


Gündəlik Xəbərlər
29-08-2025
1084

Özünüzü yığışdırın, ayıbdır!!! CİDDİ

Gündəlik Xəbərlər
26-08-2025
1421

RİH-lərin ləğvi zəruriətə çevrilsə də...

Gündəlik Xəbərlər
18-08-2025
1820