Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-11-2025 , 02:00

553

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Prezidentin  məmurlardan əsas tələbi: ilk növbədə, xalqa xidmət etməklə, xalqla bir yerdə olun

Beləliklə, cənab Prezident Konstitusiya günündə çox vacib görüş keçirməklə məmurlara ciddi   mesajlar ötürdü.

Görünən odur ki, cənab Prezidentin yeddi siyasi rəhbərlə görüşü və orda etdiyi çıxışının böyük mənası var. Yəni  bu gün təyinat alan siyasi rəhbər əgər tələblərə cavab verməyəcəksə, sabah işdən azad edilə bilər. Bu isə o anlama gəlir ki, hazırda  heç bir siyasi rəhbərdə toxunulmazlıq hüquqi yoxdur. Konkret.

Misal olaraq Fuad Nəcəfli Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2022-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilmişdi. 12 noyabr 2025-ci ildə bu vəzifədən azad edildi. Yəni xüsusi nümayəndəlik sistemində ilk dəfə idi ki, təyin edilən şəxsin  üç ili tamam olmamış işdən azad olunür.  Hər halda səbəbsiz deyil.

Ümumilikdə, yeddi siyasi rəhbəri bir yerə yığıb onlara öz tələblərini və tövsiyələrini vermək ənənəsinin bərpası digər vəzfiədə olanlara bir siqnaldır ki, diqqətli və ağıllı olun.

Çıxışında cənab Prezident əslində birbaşa və dolayısı ilə çox ciddi məqamlara toxundu. 

Düşünmək olar ki, bu çıxışdan tək RİH başçıları deyil, həm də digər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri də nəticə çıxaracaqlar. Hər halda düşünmək olar ki, nəticə çıxaracaqlar.

Ancaq təkəbbürlü siyasi rəhbərlərlə tez- tez belə dərs keçilsə daha yaxşı olardı.  Xüsusəndə vətəndaş məmnunluğunu təmin etməyən, vətəndaşı get- gələ salan, üstəlik maddı-mədəni irsimizə xor baxanlara, üstəlik bələdiyyələrin fəaliyyətinə problem yaradanlara və sair...

Bu yerdəyişmədə Gədəbəy və Naftalan RİH -lərinə siyasi rəhbərlərin təyinatı keçirilmədi. Yəqin yaxın günlərdə bu təyinatda baş tutar.

Ancaq bütün hallarda icra hakimiyyəti strukturlarında islahatın aparılmasına zəruriət artıq hiss olunur ki, yaranıb. Fikrimcə, bu sistem cənab Prezidentin söylədiyi məmurlardan təmizləndikdən sonra siyasi rəhbərlərə müəyyən  səlahiyyətin verilməsi və ya sistemli şəkildə regional idarəetməyə keçid edilməsinə start verilməsi daha düzgün addım olardı. Hər halda atılan addımlar tezliklə bu prosesə start veriləcəyindən xəbər verir.

Yeni təyinat alanları isə təbrik edirəm.

Vüqar Tofiqli

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
361

Onlar Assosiasiyanın idarə heyətinə üzv seçiliblər


Gündəlik Xəbərlər
15-11-2025
728

 Prezidentin məmurlardan əsas tələbləri

Gündəlik Xəbərlər
13-11-2025
705

Qaradağ RİH-də vakant yerlərin sayı yeddiyə çatıb

Gündəlik Xəbərlər
03-11-2025
580

Daha bir icra hakimiyyətində əməliyyat keçirilib

Gündəlik Xəbərlər
02-11-2025
799

Bələdiyyələrin fəaliyyətinə problem yaradanların... 

Gündəlik Xəbərlər
30-10-2025
706