Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-11-2025 , 16:13

1098

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Onlar Kənd Bələdiyyələrinin Milli Assosiasiyanın idarə heyətinə üzv seçiliblər


Xəbər verdiymiz kimi noyabrın 21- də Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının Ümumi Yığıncağı keçirilib. Respublikanın bütün şəhər bələdiyyələrini təmsil edən 165 nümayəndənin iştirakı ilə keçirilən yığıncaqda Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının 2023-2024-cü illərdə fəaliyyəti haqqında hesabatı, Nəzarət-Təftiş Komissiyasının hesabatı, eləcə də təşkilati məsələlər müzakirə olunub.

Cari ilin yanvar ayında baş tutmuş seçkilər nəticəsində ölkə üzrə 685 bələdiyyə yenidən formalaşıb ki, bunlardan da  513 i kənd bələdiyyəsidir. Yığıncaqda Assosiasiyanın İdarə Heyətinin 17 üzvü seçilib.

İdarə Heyətinə seçilən sırasında Şəmkir rayonu Aşağı Seyfəli bələdiyyəsinin sədri Bəhruz Abbasov,   Ordubad rayonu, Dəstə bələdiyyəsinin sədri Tofiq Babayev, Samux rayonu, Sərkar bələdiyyəsinin sədri Şəmistan Yusifov, Abşeron rayonu, Masazır bələdiyyəsinin sədri Firdövsi Calalov, Qax rayonu, İlisu  bələdiyyəsinin sədri Elman Xəlilov,  Füzuli rayonu, Əhmədaılılar bələdiyyəsinin sədri Elvin Rəhimov,  Yardımlı rayonu, Vərdəgüz bələdiyyəsinin sədri Əlibaba Hüseynov, Daşkəsən rayonu, Quşçu bələdiyyəsinin sədri Etibar Alıyev,  Ağstafa rayonu,  Dağ Kəsəmən bələdiyyəsinin sədri Solmaz Nağıyeva, Göycay rayonu, Potu  bələdiyyəsinin sədri Zamiq İbrahimov, Lənkəran   rayonu, Boladi  bələdiyysinin sədri Salman Dadaşov,  Bərdə rayonu, Mirzcəfərli bələdiyyəsinin sədri Nurəddin Alıyev, Şamaxı rayonu,

Nağaraxana bələdiyyəsinin sədri Sahib Şirinov ,  Qobustan rayonu,  Ərəb Şalbaş bələdiyyəsinin sədri Heydər Qaçayev, Göygöl rayonu, Qzılca-Üçtəpə  bələdiyyəsinin sədri Rza Məmmədov,  Neftçala rayonu, Qaraqaşlı bələdiyyəsinin sədri  Xanım Kərimova , Xaçmaz rayonu, Yerguc bələdiyyəsinin sədri Ozal Əspəndiyev  seçiliblər.

Ümumi yığıncaqda   Şəmkir rayonu Aşağı Seyfəli bələdiyyəsinin sədri Bəhruz Abbasov İdarə heyətinin sədri seçilib.  Sonra seçilmiş sədrin təklifi əsasında Assosiasiyanın 3 müavini müəyyən olunub. Ordubad rayonu, Dəstə bələdiyyəsinin sədri Tofiq Babayev, Samux rayonu, Sərkar bələdiyyəsinin sədri Şəmistan Yusifov, Abşeron rayonu, Masazır bələdiyyəsinin sədri Firdövsi Calalov idarə heyətinin sədr müavini  seçiliblər.

Assosiasiyanın nəzarət-təftiş komissiyasına Gədəbəy  rayonu, Slavyanka   bələdiyyəsinin sədri Firudin Məmmədov,  Salyan rayonu, Çuxanlı  bələdiyyəsinin sədri Zaur Vahidov, Biləsuvar  rayonu, Nəsimi  bələdiyyəsinin sədri Əli Əliyev, Şabran rayonu, Pirəbədil bələdiyyəsinin sədri Atabala Şeydayev, Hacıqabul rayonu, Udullu bələdiyyəsinin sədri Telman Süleymanov, Zaqatala rayonu, Muxax bələdiyyəsinin sədri Elvin Yusifov, Qazax rayon, Salahlı bələdiyyəsinin sədri Alı Budaqov, Sabirabad rayonu,  Yolçubəyli bələdiyyəsinin sədri Xəzər Abişov seçiliblər.

Belediyye.info

 

 

 

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Sağlam təməl üzərində qazanılan böyük uğur

Gündəlik Xəbərlər
22-01-2026
757

“Onu bir aydan sonra vəzifəsindən çıxartmışam”

Gündəlik Xəbərlər
06-01-2026
817

JEK"lər ləğv edilməyək.....

Gündəlik Xəbərlər
05-01-2026
677

Söz versə də,...

Gündəlik Xəbərlər
30-12-2025
1109

Bu gün Prezidentin doğum günüdür

Gündəlik Xəbərlər
24-12-2025
1030

Mədəni irsin qorunması ilə bağlı yanlışlar

Gündəlik Xəbərlər
23-12-2025
691

Cari ildə bələdiyyələrə subvensiya niyə ayrılmadı?

Gündəlik Xəbərlər
21-12-2025
705

Geriyə baxanda... 

Gündəlik Xəbərlər
17-12-2025
845