Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-12-2025 , 20:36

849

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Geriyə baxanda... 

Artıq 63-ün bir addımlığında dayanıb  62-i yola salıram. Bir anlıq yola saldığım illərə nəzər salanda bu illərin heç də hamar keçmədiyini görürəm.

Sovet dövrünün 70-ci illərində səkkizillik və sonra isə orta məktəbdə oxuduğum illərin, 80-ci illərdə Ali məktəbin sessiyalarının necədə ağır keçdiyini indi bir daha xatırlayıram. Az qalırdın saatın pərini dartıb irəli çəkəsən ki gün başa çatsın. Hərdən o illərdəki abu-hava üçün  adam darıxır. Qlobal dünyada bütün sahələrdə  mənəvi qazancımız çox olsa da, bu gün  hiss olunur ki, itirdiyimiz dəyərlərdə az olmadı. Nə isə...

Bu gün 62 ili üst-üstə götürsək xöşbəxt anlarla dolu olan günlərin sayı bəlkə də bir ilə bərabər olmaz. SSRİ kimi nəhəng dövlətin dağılmasının, müstəqilliyimizin elan olunmasının, 30 illik bir müharibə şəraitinin ağrı-acısını və sonda unudulmaz qələbənin qazanılmasının   iştirakçısı, həm də şahidi olmaq bütün hallarda  hər birimizdə keçirdiyimiz  bu ağrı-acını kölgə də qoymuş oldu. Bu gün hər gələn günə şükür edirəm. Müstəqil, azad, ərazi bütovlüyünü öz gücünə bərpa edən bir dövlətin vətəndaşıyam.  

Geriyə baxanda, bir də fikirləşirsən ki, sən taleyin işinə bir bax - harada doğulub, harada böyüyüb, harada yaşamaq mənə qismət olub. Bəlkə bu da bir alın yazısıymış. Nə isə...

Geriyə baxanda,  az da olsa etibarlı, ürək qızdırıb, hər bir problemi müzakirə edə biləcək dostlarımı görürəm. Nə isə...

Bütün hallarda arzular bitmir. Heç bitəsi də deyil. Təki arzulamıza sağlıqlı illərlə çatmaq hər birimizə qismət olsun. Amin.

Vüqar Tofiqli

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Sağlam təməl üzərində qazanılan böyük uğur

Gündəlik Xəbərlər
22-01-2026
757

“Onu bir aydan sonra vəzifəsindən çıxartmışam”

Gündəlik Xəbərlər
06-01-2026
817

JEK"lər ləğv edilməyək.....

Gündəlik Xəbərlər
05-01-2026
677

Söz versə də,...

Gündəlik Xəbərlər
30-12-2025
1111

Bu gün Prezidentin doğum günüdür

Gündəlik Xəbərlər
24-12-2025
1032

Mədəni irsin qorunması ilə bağlı yanlışlar

Gündəlik Xəbərlər
23-12-2025
694

Cari ildə bələdiyyələrə subvensiya niyə ayrılmadı?

Gündəlik Xəbərlər
21-12-2025
707

Geriyə baxanda... 

Gündəlik Xəbərlər
17-12-2025
848