Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-01-2026 , 00:12

937

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Hümbət Hüseynov: “Bu günədək xəritələrin verilməməsi bələdiyyələrə çox ciddi problem yaratmaqdadır”

Ötən il həyata keçirilən bələdiyyələrin birləşdirmə prosesi bu qurumların inkişafına göstərilən bir stimuldur. Düşünürəm ki, paytaxtda formalaşan bələdiyyələrə cari ildə  xəritələrin verilməsi baş tutarsa bu da bələdiyyə sisteminin inkişafına xidmət edən  növbəti stimul ola bilər”

Belediyye.info xəbər verir ki, bu fikirləri Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının  və M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov Milli Məclisin Regional məsələlər komitəsinin iclasında deyib.

Hümbət Hüseynov çıxışında qeyd edib ki, qanunvericiliklə verilən səlahiyyətlər çərçivəsində bələdiyyələr büdcə gəlirlərini artıra bilərlər. Sədr bildirib ki, “Qeyri-yaşayış təyinatlı tikili obyektlərin istismara verilməsi ilə bağlı” əlavə tədbirlər haqqında 14 iyul 2023 -cü il tarixdə Prezident Fərman imzalamışdır. M.Ə.Rəsulzadə qəsəbəsində prosedur qaydalara uyğun olaraq sənədsiz qeyri-yaşayış obyektləri üçün kifayət qədər qeyri-yaşayış sahəsi qeydiyyata alınaraq çıxarışlarla təmin olunublar. Lakin 25 il keçməsinə baxmayaraq, Bakı bələdiyyələrinə xəritələrin verilməməsi ucbatından sənədləşdirilən əmlakın altındakı torpaqların heç biri bələdiyyəyə deyil, məhz dövlət torpağı kimi qeydiyyata alınmışdır.

1999-cu ildə bələdiyyələrin ilkin fəaliyyət dövründə rəsmi qaydada  M.Ə.Rəsulzadə bələdiyyəsinin mülkiyyətinə  501,26 ha torpaq sahəsi verilib. Bu gün M.Ə.Rəsulzadə bələdiyyəsinin kollektivi mülkiyyətə verilmiş torpaq sahəsinin axtarışdındadır. Bu günədək müvafiq mərkəz icra orqanları tərəfindən  xəritələrin verilməməsi bələdiyyələrə çox ciddi problem yaratmaqdadır. Əmlakların altındakı torpaqları dövlət torpağı kimi qeydiyyata alınması bələdiyyənin obyekt sahibləri ilə birbaşa icarə müqaviləsinin bağlanılmasını  mümkünsüz edib.  Nəticədə bələdiyyə büdcəsi kifayət qədər vəsaitdən məhrum olmaqdadır.

Əgər bələdyyə 26 il əvvəl formalaşıbsa, onun fəaliyyəti üçün bu illər ərzində müəyyən maliyyə istiqamətləri qanunvericiliklə müəyyən edilibsə, o cümlədən  mülkiyyətə əmlak və torpaq verilməsi nəzərdə tutulubsa, xəritələrin bələdiyyələrə təqdim edilməsi hansı səbəbdən inidyədək  başa çatdırılmayıb. Axı prosesin ləngiməsi bələdiyyənin büdcə daxilolmaların həcmini azaltmış olur, bu da öz növbəsində bələdiyyə ərazisində yaşayan sakinlərin hansısa probelminin həllinə  öz neqativ təsirini göstərmiş olur.  Nəticədə sakin mərkəzi icra orqanından deyil, məhz səs verdiyi bələdiyyədən narazı qalmış olur.

Cari il cənab Prezidentin Sərəncamı ilə ölkəmizdə  “Şəhərsalma və memarlıq “ ili elan edilib. İnanırıq müvafiq mərkəzi icra orqanları məhz bu il bələdiyyələrin xəritələrini təqdim etməklə bu qurumların üzləşdiyi problemlərin həllinə təkan vermiş olacaqdır.

H.Hüseynov çıxışında daha sonra  əlavə edib ki, vaxtilə bələdiyyələr cəmiyyətdə "torpaq satan təşkilat" kimi tanınırdı:

"Düşünürəm ki, bu anlayış artıq bizim leksikonumuzdan çıxmalıdır. Lakin 2018-ci ildə qəbiristanlıqların bələdiyyələrin balansına verilməsinə görə, belə görürəm, bələdiyyələr "qəbir yeri satan təşkilat" kimi tanınacaqlar. Bəzi regionlarda qəbir yerləri müxtəlif qiymətlərlə təqdim olunur. Məsələn, Binəqədi rayonunda Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən müəyyən olunmuş 63 manat məbləğində rüsum tətbiq edilir. Sual yaranır, bu rüsum hansı əsasla müəyyən edilib? Qanunvericiliyə görə, bu məsələlər qiymətləndirmə palatası və müvafiq orqanlar tərəfindən tənzimlənməlidir".

Assosiasiya sədri vurğulayıb ki, belə torpaq sahələrinin vətəndaşlara ödənişsiz təqdim edilməsi daha doğru olardı.

"Doğrudur, qanunvericilikdə sosial vəziyyəti ağır olan şəxslər üçün dəfn xərclərinə dəstək göstərilməsi nəzərdə tutulur. Lakin düşünürəm ki, torpaq sahəsinin verilməsi də ödənişsiz həyata keçirilməlidir ki, gələcəkdə bələdiyyələr yenidən "torpaq satan qurum" kimi formalaşmış mənfi imiclə üzləşməsin", - o qeyd edib.

Sözünə davam edən assosiasiya sədri qeyd edib ki, təhvil-təslim prosesinin tələm-tələsik şəkildə aparılması, üstəlik qəbirstanlıq ərazisinin bələdiyyənin mülkiyyətinə verilməməsi və bu prosesin icrasında bürokratik amillərin mövcudluğu nəticədə bələdiyyələr tam şəkildə qəbirstanlıqlara sahib çıxa bilməmələrinə  bir növ şərait yaratmaqdadır. Bu cür yanaşma isə nəticədə bələdiyyələri “qəbir yeri satan” kimi təqdim edilməsinə imkan verir.  Bələdiyyələr üçün ciddi əhəmiyyət kəsb edən bu problem hazırda öz həllini gözləyir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Sağlam təməl üzərində qazanılan böyük uğur

Gündəlik Xəbərlər
22-01-2026
757

“Onu bir aydan sonra vəzifəsindən çıxartmışam”

Gündəlik Xəbərlər
06-01-2026
817

JEK"lər ləğv edilməyək.....

Gündəlik Xəbərlər
05-01-2026
677

Söz versə də,...

Gündəlik Xəbərlər
30-12-2025
1108

Bu gün Prezidentin doğum günüdür

Gündəlik Xəbərlər
24-12-2025
1029

Mədəni irsin qorunması ilə bağlı yanlışlar

Gündəlik Xəbərlər
23-12-2025
690

Cari ildə bələdiyyələrə subvensiya niyə ayrılmadı?

Gündəlik Xəbərlər
21-12-2025
704

Geriyə baxanda... 

Gündəlik Xəbərlər
17-12-2025
845