Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-12-2024 , 20:08

1476

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

İmişli regional ədliyyə idarəsi Saatlı, Beyləqan, Biləsuvar bələdiyyələri ilə növbəti seminarlar keçirib

05-19 dekabr tarixlərində İmişli regional ədliyyə idarəsi tərəfindən Saatlı, Beyləqan, Biləsuvar rayonları üzrə bələdiyyələrin üzvləri və qulluqçuları üçün növbəti seminarlar keçirilib.

Tədbirdə regional idarənin əməkdaşları çıxış edərək “Bələdiyyələrin seçki hüquqlarının həyata keçirilməsi istiqamətində qanunvericiliyin tələbləri”, “Növbəti bələdiyyə seçkiləri ilə əlaqədar bələdiyyə fəaliyyəti ilə bağlı bütün sənədlərin, möhür və ştampların yeni bələdiyyə sədrinə təhvil verilməsi”, “Bələdiyyələr tərəfindən kargüzarlıq və arxiv işinin düzgün təşkil olunmasının qanun pozuntularının aşkarlanması və qarşısının alınmasında rolu”, “Yerli büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı yol verilən xarakterik pozuntular və onların qarşısının alınması”, “Bələdiyyə mülkiyyətinin idarə edilməsi ilə bağlı qanunvericilikdən irəli gələn tələblər”, “Yerli özünüidarəetmə sahəsində şəffaflığın və hesabatlılığın artırılmasında müasir informasiya resurslarının əhəmiyyəti”, “İxtisaslaşmış kadrların bələdiyyə qulluğuna cəlb edilməsinin əhəmiyyəti”, “Bərk məişət tullantılarının idarə olunmasında qanunvericiliyin tələbləri”, “Bələdiyyə qərarlarının qanunvericiliyin tələblərinə uyğun tərtib edilməsi” barədə mövzular ətrafında çıxışlar edilib və  seminar müzakirələr şəklində davam etdirilib.

Sonda bələdiyyə üzvlərini və qulluqçularını maraqlandıran suallar cavablandırılıb.


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şabranın mədəniyyət qoruyucuları

Gündəlik Xəbərlər
18-07-2026
599

Səkkiz bələdiyyənin yarim milyon manat  borcu var

Gündəlik Xəbərlər
08-07-2026
597

Bələdiyyə icra-münasibətlərində Masallı təcrübəsi

Gündəlik Xəbərlər
30-06-2026
793

Şuşa rayonunun demoqrafik vəziyyəti haqqında

Gündəlik Xəbərlər
09-06-2026
615

Bələdiyyələrə dotasiya nə vaxt ayrılacaq?

Gündəlik Xəbərlər
01-06-2026
823