Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-03-2025 , 00:16

1937

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Şəki regional ədliyyə idarəsi tərəfindən seminar-müşavirə keçirilib

 Şəki regional ədliyyə idarəsi tərəfindən sonuncu seçkilərdən sonra idarənin ərazi yurisdiksiyasına daxil olan rayonlarda formalaşmış bələdiyyələrin sədrlərinin iştirakı ilə seminar-müşavirə təşkil olunub.

Tədbirdə region bələdiyyələrinin fəaliyyətinin qanunauyğun qurulmasına metodoloji köməklik göstərilməsi üzrə tövsiyələr, korrupsiya hüquqpozması törədilməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət tədbirləri, bələdiyyə üzv və qulluqçularının etik davranış qaydaları barədə ətraflı məlumat verilib.

Eyni zamanda, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı bir sıra məsələlər, o cümlədən inzibati nəzarət orqanı ilə əlaqəli işin təşkili müzakirə olunub.

Həmçinin bələdiyyələrin seçiciləri qarşısında hesabatlılığın vacibliyi, bələdiyyələrin gəlirlərinin formalaşdırılması istiqamətində yerli vergilərin yığılması ilə bağlı qanunvericiliyin tələbləri və s. məsələlər də müzakirə olunaraq bununla əlaqədar bir sıra tövsiyələr verilib.

Sonda bələdiyyələr tərəfindən səsləndirilən məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şabranın mədəniyyət qoruyucuları

Gündəlik Xəbərlər
18-07-2026
600

Səkkiz bələdiyyənin yarim milyon manat  borcu var

Gündəlik Xəbərlər
08-07-2026
598

Bələdiyyə icra-münasibətlərində Masallı təcrübəsi

Gündəlik Xəbərlər
30-06-2026
794

Şuşa rayonunun demoqrafik vəziyyəti haqqında

Gündəlik Xəbərlər
09-06-2026
615

Bələdiyyələrə dotasiya nə vaxt ayrılacaq?

Gündəlik Xəbərlər
01-06-2026
824