Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

25-05-2025 , 00:10

2048

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Orxan  Əliyev:  “Belediyye.info” yalnız məlumat yayıcısı deyil, eyni zamanda...."  

“Belediyye.info” informasiya portalının 10 illik yubileyi münasibətilə Sizi və dəyərli kollektivinizi səmimi-qəlbdən təbrik edirəm!

Bu illər ərzində rəhbərlik etdiyiniz media resursu Azərbaycanda bələdiyyə institutunun təşviqi, yerli özünüidarəetmə ideyasının cəmiyyətə çatdırılması və bu sahədəki qanunvericilik yeniliklərinin işıqlandırılması baxımından mühüm platformaya çevrilmişdir.

Xüsusilə qeyd etmək lazımdır ki, “Belediyye.info” yalnız məlumat yayıcısı deyil, eyni zamanda bələdiyyələrin fəaliyyətində şəffaflığın və ictimai nəzarətin təmin olunmasında, ictimai maarifləndirmə prosesində və hüquqi mədəniyyətin formalaşmasında dəyərli vasitəçi olmuşdur. Bu missiyanı Sizin şəxsi təşəbbüsünüz, prinsipial mövqeyiniz və peşəkar baxışınız sayəsində yüksək səviyyədə yerinə yetirmişdir.

Sizin və rəhbərlik etdiyiniz komandanın bələdiyyə islahatları, yerli vergi siyasətinin təbliği, bələdiyyələrin birləşdirilməsi prosesində ictimai baxışın formalaşdırılması kimi vacib istiqamətlərdə göstərdiyi fəaliyyət ictimaiyyət tərəfindən daim rəğbətlə qarşılanır.

Bu əlamətdar yubiley münasibətilə Sizə möhkəm cansağlığı, yorulmaz fəaliyyətinizdə yeni nailiyyətlər və ictimai faydalı təşəbbüslərinizdə uğurlar arzulayıram!

Hörmətlə: Orxan Əliyev

Şəmkir rayonu, Dəllər Cəyir bələdiyyəsinin sədri

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şabranın mədəniyyət qoruyucuları

Gündəlik Xəbərlər
18-07-2026
597

Səkkiz bələdiyyənin yarim milyon manat  borcu var

Gündəlik Xəbərlər
08-07-2026
597

Bələdiyyə icra-münasibətlərində Masallı təcrübəsi

Gündəlik Xəbərlər
30-06-2026
793

Şuşa rayonunun demoqrafik vəziyyəti haqqında

Gündəlik Xəbərlər
09-06-2026
613

Bələdiyyələrə dotasiya nə vaxt ayrılacaq?

Gündəlik Xəbərlər
01-06-2026
822