Azərbaycan ədliyyə sistemi dövlət idarəçiliyinin hüququn aliliyinin təmin olunmasında mühüm rol oynayır
Hörmətli Ədliyyə işçiləri!
Sizi 22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı münasibətilə
səmimi-qəlbdən təbrik edir, fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram. Azərbaycan
ədliyyə sistemi dövlət idarəçiliyinin əsas istiqamətlərindən biri olmaqla
hüququn aliliyinin təmin olunmasında, vətəndaşların hüquq və azadlıqlarının
etibarlı müdafiəsində mühüm rol oynayır.
Ulu Öndər Heydər Əliyev hüquqi dövlət quruculuğunun əhəmiyyətini
vurğulayaraq deyirdi: “Ədalət olmayan yerdə inkişafdan danışmaq mümkün deyil.
Ədalət isə güclü hüquq və ədliyyə sisteminə söykənir.” Bu dəyərli fikirlər bu
gün də ölkəmizin hüquq müstəvisində aparılan islahatların ideya əsasını təşkil
edir.
Prezident, Ali Baş Komandan İlham Əliyev isə ədliyyə
orqanlarının modernləşdirilməsi və vətəndaş məmnunluğunun artırılması ilə bağlı
qeyd etmişdir: “Hüquq sistemi xalqın rifahı naminə daim təkmilləşməli, ədliyyə
orqanları öz xidmətləri ilə cəmiyyətə nümunə olmalıdır.” Sizin fədakar fəaliyyətiniz
bu məqsədlərə sədaqətli xidmətin bariz nümunəsidir.
Bu əlamətdar gündə hər birinizə məsuliyyətli və şərəfli
işinizdə uğurlar, möhkəm sağlamlıq, dövlətçiliyimizə xidmət yolunda yeni qələbələr
arzulayıram.
Hörmətlə,
İsmayıl Rəsulov
Ağcabədi Bələdiyyəsinin sədri.
Rəylər
0 Rəy