Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-11-2025 , 13:15

774

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Azərbaycan ədliyyə sistemi dövlət idarəçiliyinin hüququn aliliyinin təmin olunmasında  mühüm rol oynayır

Hörmətli Ədliyyə işçiləri!

Sizi 22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram. Azərbaycan ədliyyə sistemi dövlət idarəçiliyinin əsas istiqamətlərindən biri olmaqla hüququn aliliyinin təmin olunmasında, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsində mühüm rol oynayır.

Ulu Öndər Heydər Əliyev hüquqi dövlət quruculuğunun əhəmiyyətini vurğulayaraq deyirdi: “Ədalət olmayan yerdə inkişafdan danışmaq mümkün deyil. Ədalət isə güclü hüquq və ədliyyə sisteminə söykənir.” Bu dəyərli fikirlər bu gün də ölkəmizin hüquq müstəvisində aparılan islahatların ideya əsasını təşkil edir.

Prezident, Ali Baş Komandan İlham Əliyev isə ədliyyə orqanlarının modernləşdirilməsi və vətəndaş məmnunluğunun artırılması ilə bağlı qeyd etmişdir: “Hüquq sistemi xalqın rifahı naminə daim təkmilləşməli, ədliyyə orqanları öz xidmətləri ilə cəmiyyətə nümunə olmalıdır.” Sizin fədakar fəaliyyətiniz bu məqsədlərə sədaqətli xidmətin bariz nümunəsidir.

Bu əlamətdar gündə hər birinizə məsuliyyətli və şərəfli işinizdə uğurlar, möhkəm sağlamlıq, dövlətçiliyimizə xidmət yolunda yeni qələbələr arzulayıram.

Hörmətlə,

İsmayıl Rəsulov

Ağcabədi Bələdiyyəsinin sədri.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər