Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

21-12-2025 , 19:30

908

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bələdiyyə sədri növbəti qəbul keçirdi

2025-ci il dekabrın 19-da Ağcabədi Bələdiyyəsində növbəti vətəndaş qəbulu təşkil olunmuşdur. Qəbulda Ağcabədi Bələdiyyəsinin sədri İsmayıl Rəsulov və qurumun məsul əməkdaşları iştirak etmişlər. Görüş zamanı sakinlər sosial, məişət, torpaq və infrastruktur sahələrinə dair müraciətlərini birbaşa bələdiyyə sədrinə çatdırmış, mövcud məsələlərlə bağlı təklif və fikirlərini səsləndirmişlər.
Bələdiyyə sədri İsmayıl Rəsulov vətəndaşların müraciətlərini diqqətlə dinləyərək qaldırılan məsələlərin vaxtında və səmərəli həlli məqsədilə aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar vermişdir. O vurğulamışdır ki, əhalinin sosial rifahının yüksəldilməsi, mövcud problemlərin aradan qaldırılması və vətəndaş məmnunluğunun təmin edilməsi bələdiyyənin əsas fəaliyyət istiqamətlərindəndir.
Belə görüşlərin keçirilməsi yerli özünüidarəetmə orqanları ilə vətəndaşlar arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə, işgüzar dialoqun genişləndirilməsinə və ictimai etimadın artırılmasına mühüm töhfə verir.
Ağcabədi bələdiyyəsi


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər