Fidan Fərzəlieyeva: “Sosial yönümlü təşəbbüslər cəmiyyətin rifahına və sosial həmrəyliyin gücləndirilməsinə xidmət edir”
“Şabran Bələdiyyəsi tərəfindən şəhid, qazi və aztəminatlı ailələrin övladları üçün “Yeni il”şənliyi təşkil edilmişdir”- bu barədə Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Fidan Fərzəliyeva deyib.
Sədrin
sözlərinə görə, tədbir Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan
cənab İlham Əliyevin şəhid ailələrinə, qazilərə və əhali həssas qruplarına göstərdiyi diqqət və qayğının yerli səviyyədə davamı kimi
həyata keçirilmişdir.
Sədr
qeyd edib ki, şənlik çərçivəsində uşaqlar üçün bayram ab-havası
yaradılmış, bələdiyyə tərəfindən onlara Yeni il sovqatları və hədiyyələr təqdim
edilmişdir. Uşaqların sevinc dolu anlar yaşaması, bayram əhval-ruhiyyəsinin
artırılması tədbirin əsas məqsədlərindən olmuşdur.
Eyni zamanda Milli Məclisin deputatı Mahir Süleymanlının səmimi
Yeni il təbrikləri iştirakçılara çatdırılmış, onun tərəfindən uşaqlara bayram hədiyyələri də paylanılmışdır.
Tədbir iştirakçı ailələr tərəfindən böyük məmnunluqla qarşılanmış, belə sosial yönümlü təşəbbüslərin cəmiyyətin rifahına və sosial həmrəyliyin gücləndirilməsinə xidmət etdiyi xüsusi vurğulanmışdır.
Belediyye.info
Rəylər
0 Rəy