Ceyhun Ələsgərov: “Məhəmmədi bələdiyyəsi hər zaman seçicisinin yanıında olmaqla, onların üzləşdiyi problemin həllinə maraqlıdır”
“Məhəmmədi
bələdiyyəsi əhalinin həssas qrupunun sosial- məişət qayğılarını daim diqqətdə
saxlayır”-bu fikirləri adıçəkilən bələdiyyənin sədri Ceyhun Ələsgərov deyib.
Sədr
qeyd edib ki, bələdiyyənin kollektivi Dünya Azərbaycanlılarının Həmrəylik günü
və yeni təqvim ili münasibəti ilə ərazidə olan 10 şəhid və 30 aztəminatlı ailəni
ziyarət edərək onların qayğıları ilə maraqlanmışlar.
Hər
bir görüş zamanı bir daha bildirilib ki,
Vətən, torpaq uğrunda şəhid olanlar həmişə layiqli vətəndaş kimi xatırlanacaq. Xalq öz igid, mərd oğlu ilə
qürur duyur.
Bununla
yanaşı aztəminatlı ailələrlə görüşdə dövlətin hər zaman onlara göstərdiyi qayğı
diqqət xüsusilə vurğulnıb. Məhəmmədi bələdiyyəsi hər zaman seçicisinin yanıında olmaqla, onların üzləşdiyi problemin
həllinə maraqlıdır.
Sonda hər şəhid və aztəminatlı ailəsinə bələdiyyənin bayram sovqatı təqdim edilmişdir.
Belediyye.info
Rəylər
0 Rəy