Bayram yarmarkasında bələdiyyə müəssisəsi də öz məhsullarını satışa çıxarıb
“Quba Meydanı” parkının qarşısında bayram yarmarkası
keçirilir.
Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Quba
Meydanı” Mədəniyyət və İstirahət parkının qarşısında 31 Dekabr - Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il münasibətilə kənd təsərrüfatı məhsullarının və digər
tələbat mallarının satış yarmarkası fəaliyyətə başlamışdır. Yarmarka 27 və 28
dekabr 2025-ci il tarixlərdə saat 09:00-dan etibarən gün ərzində davam edəcəkdir.
Tüləkəran bələdiyyəsinin “Tüləkəran Təmiz Kənd” məhdud məsuliyyətli
cəmiyyəti də rayonun digər kənd təsərrüfatı məhsulları istehsalçıları ilə
birlikdə bu yarmarkada iştirak edir. Bələdiyyə müəssisəsi tərəfindın yarmarkada
keçi əti, keçi südü, keçi qatığı, keçi südü və keçi pendiri alıcılara təqdim
olunur. Təqdim olunan məhsullar ekoloji təmiz olması və yüksək qida dəyərləri
ilə seçilir. Təqdim olunan məhsullar alıcılarən marağına səbəb olmaqla yanaşı
geniş alıcı kütləsini özünə cəlb edir.
Qeyd edək ki, yarmarkada satışa çıxarılan məhsullar qiymətlərinə görə mövcud bazar qiymətlərindən xeyli ucuz olması ilə seçilir.
Rəylər
0 Rəy