Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-12-2025 , 15:56

854

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bələdiyyə sədri növbəti səyyar qəbul keçirdi

 2025-ci il dekabrın 15-də Ağcabədi Bələdiyyəsinin sədri tərəfindən şəhər ərazisində səyyari vətəndaş qəbulu keçirmişdir.  Belediyye.infoya daxil olan məlumata görə, qəbulda Ağcabədi Bələdiyyəsinin sədri İsmayıl Rəsulov və bələdiyyənin müvafiq struktur bölmələrinin məsul əməkdaşları iştirak etmişlər. Görüş zamanı sakinlər sosial müdafiə, məişət, torpaq münasibətləri və infrastrukturla bağlı mövcud problemlərini birbaşa bələdiyyə sədrinin diqqətinə çatdırmış, həmçinin həmin məsələlərin həlli ilə bağlı öz təklif və müraciətlərini səsləndirmişlər.

Bələdiyyə sədri İsmayıl Rəsulov vətəndaşların müraciətlərini diqqətlə dinləmiş, qaldırılan məsələlərin operativ və qanunvericiliyə uyğun şəkildə həlli məqsədilə aidiyyəti üzrə məsul şöbələrə konkret tapşırıqlar vermişdir. Sədr vurğulamışdır ki, əhalinin sosial rifahının yüksəldilməsi, mövcud problemlərin aradan qaldırılması və vətəndaş məmnuniyyətinin təmin olunması bələdiyyənin əsas fəaliyyət istiqamətlərindəndir.

Qeyd edilmişdir ki, bu cür səyyari qəbullar yerli özünüidarəetmə orqanları ilə vətəndaşlar arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə, səmərəli işgüzar əlaqələrin qurulmasına və ictimai nəzarətin gücləndirilməsinə mühüm töhfə verir.

Belediyye.info 


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər