Bələdiyyə sədri növbəti səyyar qəbul keçirdi
Bələdiyyə sədri İsmayıl Rəsulov vətəndaşların müraciətlərini
diqqətlə dinləmiş, qaldırılan məsələlərin operativ və qanunvericiliyə uyğun şəkildə
həlli məqsədilə aidiyyəti üzrə məsul şöbələrə konkret tapşırıqlar vermişdir. Sədr
vurğulamışdır ki, əhalinin sosial rifahının yüksəldilməsi, mövcud problemlərin
aradan qaldırılması və vətəndaş məmnuniyyətinin təmin olunması bələdiyyənin əsas
fəaliyyət istiqamətlərindəndir.
Qeyd edilmişdir ki, bu cür səyyari qəbullar yerli özünüidarəetmə
orqanları ilə vətəndaşlar arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə, səmərəli
işgüzar əlaqələrin qurulmasına və ictimai nəzarətin gücləndirilməsinə mühüm
töhfə verir.
Belediyye.info
Rəylər
0 Rəy