Fidan Fərzəliyeva: “Vətəndaş məmnunluğunun təminatı bizim bir nömrəli vəzifəmizdir”
“16–17 aprel tarixlərində Şabran rayonuna yağan intensiv yağışlar nəticəsində baş vermiş sel hadisəsi zamanı Surra kəndi ərazisindən keçən çayın üzərində vətəndaşların gündəlik gediş-gəlişində istifadə etdiyi körpüyə ciddi ziyan vurmuşdu”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Fidan Fərzəliyeva deyib. Sədr qeyd edib ki, sakinlərin müraciətini daim diqqətdə saxlayan Şabran bələdiyyəsi bu dəfə də mövcud duruma baxış keçirmiş və qaldırılan məsələ bələdiyyə iclasında müzakirəyə çıxarılaraq sakinlərin rahat gediş-gəlişi üçün şəraitin yaradılması barədə qərar qəbul etmişdir.
Bərpa prosesi zamanı sakinlərin təhlükəsizliyinin təmin edilməsi əsas prioritet kimi müəyyən edilmiş, müvəqqəti keçidin yaradılması və körpünün funksionallığının bərpası istiqamətində zəruri tədbirlər görülmüşdür.
Şabran
bələdiyyəsi tərəfindən ərazidə aparılan işlər davam etdirilir, yaranmış
problemin qısa müddətdə aradan qaldırılması üçün aidiyyəti qurumlarla birgə
koordinasiyalı fəaliyyət həyata keçirilir. Sakinlərin təhlükəsiz və rahat
gediş-gəlişinin təmin olunması məqsədilə nəzarət tədbirləri gücləndirilmişdir.
Sədr
sonda qeyd edib ki, vətəndaş məmnunluğunun təminatı bizim bir nömrəli vəzifəmizdir.
Rəylər
0 Rəy