Atabala Şeydayev: “Bələdiyyə tərəfindən həyata keçirilən layihələrin böyük bir qismi məhz vətəndaşların müraciətləri əsasında həyata keçirilir”
“Bu gün Şabran rayonu Pirəbədil bələdiyyəsi olaraq başlıca vəzifəmiz sakinlərə xidmət etmək, ərazidə vətəndaş məmnunluğunu təmin etməkdir” - bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Atabala Şeydayev deyib. Sədr qeyd edib ki, bütün hallarda hər bir layihənin icrası maliyyə tələb edir. Biz də bələdiyyə olaraq əsas diqqətimizi məhz büdcə gəlirlərinin artımına yönəltmişik. Məhz bu addımların sayəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ildə yerli vergilərin həcmi 2.4 dəfə artıb.
Əldə
etdiyimiz maliyyə vəsaiti ilə 38 kəndi əhatə edən bələdiyyə ərazisində layihələr
icra olunur. Bələdiyyə iclasının qərarı ilə icra olunan layihələr bələdiyyənin
təsis etdyi müəssisə tərəfindən həyata keçirilir.
Sədr əlavə edib ki, bu günlərdə Taxtalar kəndində kəndarası yollara bələdiyyə müəssisəsi olan “Uğur Pirəbədil” MMC tərəfindən çınqıl tökülərək yayılıb, sakinlərin gediş- gəliş üçün yararlı vəziyyətə gətirilib.
Sədr xüsusi ilə vurğulayıb ki, bələdiyyə
tərəfindən həyata keçirilən layihələrin böyük bir qismi məhz vətəndaşların
müraciətləri əsasında həyata keçirilir.
Sədr
büdcə layihəsinin bələdiyyənin dekabr iclasında yekun müzakirədən sonra təsdiq
edildiyini qeyd edib.
Xatırladaq
ki, hazırda Pirəbədil bələdiyyəsinin 13
nəfər üzvü və 17 nəfər qulluqçusu var.
İrili-xırdalı 38 kəndi əfatə edən bələdiyyənin ərazisində 10 min nəfərdən
artıq sakin yaşayır.
Belediyye.info
Rəylər
0 Rəy