Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

21-12-2025 , 19:26

1082

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bələdiyyə: Birlikdə daha gözəl Cəlilabad naminə!

 Cəlilabad bələdiyyəsinin vəsaiti hesabına Yeni il bayramı ərəfəsində şəhərimizin ən sevilən məkanlarından biri olan Heydər Əliyev Seyrəngahında genişmiqyaslı abadlıq və bayram tərtibatı işləri həyata keçirilir. Məqsəd - şəhərimizdə əsl bayram ab-havası yaratmaq, sakinlərə və qonaqlara unudulmaz anlar bəxş etməkdir.

Görülən işlər çərçivəsində seyrəngahın rəmzinə çevrilmiş “I Love Cəlilabad” yazısı tam yenilənib, həmçinin ölçüləri 4 metr enində və 2 metr hündürlüyündə olan müasir monitor istifadəyə verilib. Bu monitor əlamətdar günlərdə, bayram və ictimai tədbirlər zamanı vizual təqdimatlar üçün xidmət göstərəcək.

Bununla yanaşı, şəhərdə keçiriləcək kütləvi tədbirlərin daha yüksək səviyyədə təşkili məqsədilə 6 metr enində, 8 metr uzunluğunda və 3,5 metr hündürlüyündə müasir səhnə hazırlanır.

Həyata keçirilən bu tədbirlər seyrəngahın estetik görünüşünü daha da zənginləşdirir, Cəlilabadı bayram ruhuna kökləyir və hər kəs üçün xoş, yaddaqalan mühit yaradır. Cəlilabad bələdiyyəsi olaraq Yeni il ərəfəsində şəhərimizin prospekt və parklarında işıqlandırma işləri bayram günlərinədək ardıcıl şəkildə davam etdiriləcəkdir.

 Qeyd: Bu cür abadlıq və yeniliklərin davamlı olması üçün vətəndaşlarımızdan bələdiyyə vergilərini və rüsumlarını vaxtında ödəmələrini xahiş edirik. Birlikdə daha gözəl Cəlilabad naminə!

Cəlilabad bələdiyyəsi

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər