Bələdiyyə: “Birlikdə daha gözəl Cəlilabad naminə!”
Görülən işlər çərçivəsində seyrəngahın rəmzinə çevrilmiş “I
Love Cəlilabad” yazısı tam yenilənib, həmçinin ölçüləri 4 metr enində və 2 metr
hündürlüyündə olan müasir monitor istifadəyə verilib. Bu monitor əlamətdar günlərdə,
bayram və ictimai tədbirlər zamanı vizual təqdimatlar üçün xidmət göstərəcək.
Bununla yanaşı, şəhərdə keçiriləcək kütləvi tədbirlərin daha
yüksək səviyyədə təşkili məqsədilə 6 metr enində, 8 metr uzunluğunda və 3,5
metr hündürlüyündə müasir səhnə hazırlanır.
Həyata keçirilən bu tədbirlər seyrəngahın estetik görünüşünü
daha da zənginləşdirir, Cəlilabadı bayram ruhuna kökləyir və hər kəs üçün xoş,
yaddaqalan mühit yaradır. Cəlilabad bələdiyyəsi olaraq Yeni il ərəfəsində şəhərimizin
prospekt və parklarında işıqlandırma işləri bayram günlərinədək ardıcıl şəkildə
davam etdiriləcəkdir.
Qeyd: Bu cür abadlıq
və yeniliklərin davamlı olması üçün vətəndaşlarımızdan bələdiyyə vergilərini və
rüsumlarını vaxtında ödəmələrini xahiş edirik. Birlikdə daha gözəl Cəlilabad
naminə!
Cəlilabad bələdiyyəsi
Rəylər
0 Rəy