Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-11-2025 , 19:16

745

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

 Siyəzən bələdiyyəsi tərəfindən  “Zəfər Günü” ərəfəsində ağacəkmə aksiyası təşkil edilib

“8 Noyabr - Zəfər Günü” ərəfəsində Siyəzən bələdiyyəsi tərəfindən ağacəkmə aksiyası təşkil edilib.

Bu barədə Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Nicat Səmədzadə deyib.

Sədr qeyd edib ki, aksiyada Siyazən bələdiyyəsinin sədri S Nicat Səmədzadə, bələdiyyənin sədr müavini, üzv və qulluqçuları və könüllüləri iştirak ediblər.

İştirakçılar tərəfindən aksiyanın keçirildiyi ərazi yararsız tullantılardan təmizlənərək ərazinin  torpaq-iqlim şəraitinə uyğun 50 ədəd yeni ağac əkilib.

Ağacəkmə aksiyası quraqlığa davamlı bitkilərin, yerli iqlimə uyğun ağac və kolların əkilməsi, həmçinin paytaxtda şəhərin ekoloji  tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.

Qeyd edək ki, əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarma məsələləri həll edilib, cavabdehlər müəyyənləşdirilib.

Sədr qeyd edib ki, mövsüm ərzində Siyəzən bələdiyyəsi tərəfindən şəhərin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər