Aqil Heydərov: “Bələdiyyəmizin bu təşəbbüsü, həm də cəmiyyətimizin həmrəyliyini və sosial məsuliyyətini artırır”
“Saatlı
bələdiyyəsinin üzvləri,bələdiyyə qulluqçuları və əməkdaşların iştirakı ilə Yeni
il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə rayon ərazisi
, Qazanbatan və Mollavaizli kəndlərində yaşayan 18 aztəminatlı ailəyə ərzaq yardımı edilib”- bu fikirləri
Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Aqil Heydərov deyib.
Sədrin
sözlərinə görə, Yeni il bayramı hamımız üçün sevinc və ümid gətirir. Bələdiyyəmiz bu səbəbdən aztəminatlı
ailələrə ərzaq yardımı təşkil edir.
Bu yardım, ailələrin bayram süfrələrini zənginləşdirməyə,
uşaqların sevincini artırmağa və ailələrə ümid verməyə xidmət edir. Bələdiyyəmizin
bu təşəbbüsü, həm də cəmiyyətimizin həmrəyliyini və sosial məsuliyyətini artırır. Hər birimiz bu
yardımların vacibliyini dərk etməli və ehtiyacı olanlara hörmət və dəstək göstərməliyik.
Yeni iliniz mübarək!
Belediyye.info
Rəylər
0 Rəy