Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-12-2025 , 16:40

709

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Sumqayıt
- +

 Sumqayıt Bələdiyyəsində layihənin ətraf mühitə təsirləri müzakirə olunub

Xəzər suyunun duzsuzlaşdırılması zavodu ilə bağlı mühüm görüş baş tutub.

Sumqayıt Bələdiyyəsində “Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Zavodu” layihəsi çərçivəsində Ətraf Mühit və Sosial Təsirlərin Qiymətləndirilməsi (ƏMSTQ) mövzusunda geniş tərkibli görüş keçirilib.

Denmedia.az xəbər verir ki, görüşdə Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatov və layihə üzrə məsul nümayəndələr iştirak ediblər. Toplantı zamanı layihənin əsas sənədləri təqdim olunub, texniki detallar, mərhələlər və icra mexanizmləri ətraflı müzakirə edilib.

Mütəxəssislər Xəzər dənizindən suyun duzsuzlaşdırılması prosesinin mahiyyəti, texnoloji üstünlükləri və perspektiv inkişaf imkanları barədə məlumat veriblər. Qeyd olunub ki, duzsuzlaşdırılmış suyun əldə edilməsi həm Sumqayıt şəhərinin, həm də ümumilikdə ölkənin su təminatının yaxşılaşdırılmasına mühüm töhfə verə bilər.

Görüşdə layihənin ətraf mühitə, ekosistemə və sosial mühitə mümkün təsirləri də xüsusi diqqətlə qiymətləndirilib. Vurğulanıb ki, bütün mərhələlər mövcud ekoloji standartlara uyğun şəkildə planlaşdırılır və məqsəd əhalinin dayanıqlı, təhlükəsiz və keyfiyyətli içməli suya çıxışının təmin edilməsidir.

Bələdiyyədən bildirilib ki, Xəzər suyunun duzsuzlaşdırılması zavodu Sumqayıt və ətraf regionlar üçün strateji əhəmiyyət daşıyan layihələrdən biri olmaqla, uzunmüddətli inkişaf hədəflərinə xidmət edəcək.

Sumqayıt bələdiyyəsi 


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər