Sumqayıt bələdiyyəsi sakinlərə tövsiyə edir
Sumqayıt şəhərinə ötən gündən yağan və gecə saatlarında intensivləşən qar təmizlənir. Küçə və prospektlərdə qarın təmizlənməsi işlərinə texnikalar cəlb edilib və bu hazrda da davam etdirilir.
Yolların
buz bağlamasının qarşısının alınması məqsədilə qum və duz qarışığı səpilir. Şəhərin
giriş - çıxış yolları isə xüsusi nəzarətdə saxlanılır.
Sakinlərimizə mövcud hava şəraitini nəzərə alaraq mümkün qədər yaşayış yerini tərk etməməyi, ictimai nəqliyyatdan istifadə etməyi, yollarda hərəkət zamanı ehtiyatlı olmağı tövsiyə edirik.
Sumqayıt bələdiyyəsi
Rəylər
0 Rəy