Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-10-2025 , 20:50

1016

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Qəsəbə ahilları ziyarət olunub

1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Sahil qəsəbə İƏD-i üzrə nümayəndəsi Ə.Əliyev və Sahil Bələdiyyəsinin sədri R.Hüseynov qəsəbədə yaşayan ahıl sakinləri ziyarət etmişlər.

Ziyarət çərçivəsində qəsəbənin uzunömürlü sakinlərindən — 99 yaşlı Məmmədova Mərcan Abdul qızı və 98 yaşlı Cəlilov Azər Ağəli oğlu evlərində ziyarət olunmuşdur.

Görüş zamanı nümayəndəlik və bələdiyyə rəhbərləri ahıl sakinləri bu əlamətdar gün münasibətilə səmimi-qəlbdən təbrik etmiş, onlara möhkəm can sağlığı, uzun və firavan ömür arzulamışlar. Qeyd olunmuşdur ki, yaşlı nəslin nümayəndələri cəmiyyətin mənəvi dayağıdır, onların həyat və əmək təcrübəsi gənc nəsil üçün örnəkdir. Ahıl insanlara diqqət və qayğı göstərmək isə hər birimizin mənəvi borcudur.

Ziyarət zamanı onlara kiçik hədiyyələr təqdim edilmiş, gündəlik qayğıları və sağlamlıq vəziyyətləri ilə maraqlanılmışdır. Yaşlı sakinlər göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmiş, dövlət tərəfindən ahıl nəslə göstərilən hörmət və ehtiramdan məmnunluq duyduqlarını qeyd etmişlər.

Sahil bələdiyyəsi


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər