Ruhin Orucov: “Vətəndaş məmnunluğunun təmin edilməsi bələdiyyənin büdcə gəlirlərinin artım səviyyəsindən də asılıdır”
“Bələdiyyənin qarşısında dayanan əsas vəzifə qəsəbədə vətəndaş məmnunluğunun təmin edilməsidir” bu fikirləri Sabunçu rayonu Bakıxanov bələdiyyəsinin sədri Ruhin Orucov bildirib.
Sədr
bildirib ki, vətəndaş məmnunluğunun təmin edilməsi isə bələdiyyənin büdcə gəlirlərinin
artım səviyyəsindən asılıdır. Odur ki, bələdiyyənin vergi xidmətinin bu istiqamətdə
ciddi şəkildə çalışır və BAMS-ın verdiyi imkanlardan tam şəkildə yararlanmağa
çalışır.
Məhz
bu fəaliyyətin nəticəsidir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ildə
büdcə gəlirlərində 21 faizlik artım
müşahidə olunub. Belə ki, 2024-cü ildə bələdiyyənin səkkiz ayda əldə etdiyi
maliyyə vəsaiti 249.000 manat təşkil etmişdirsə, cari ilin səkkiz ayı ərzində bu
rəqəm 315.000 manata bərabər olub.
İlin
sonunadək büdcə gəlirlərimizi bir qədər də artırmaq niyyətindəyik.
Belediyye.info
Rəylər
0 Rəy