Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-11-2025 , 22:18

747

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

 Təmraz Tağıyev: “Subvensiya layihələrinə maliyyə vəsaitinin ayrılması həyata keçirilsə də bu günədək müsbət nəticə əldə olunmamışdır”

 "Bələdiyyələrdə istehsal sahələrinin və xidmət müəssisələrinin yaradılması ümumi yığıncaqlarda mütəmadi olaraq  müzakirə edilən məsələlərdəndir. 2019-cu ildən başlayaraq dövlət büdcəsindən bələdiyyələrin subvensiya layihələrinə maliyyə vəsaitinin ayrılması həyata keçirilsədə bu günədək müsbət nəticə əldə olunmamışdır.” - bu fikirləri Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının ümumi yığıncağında assosiasiyanın sədri Təmraz Tağıyev deyib.

Sədr qeyd edib ki, bununla bağlı həm Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının, həm də “Bələdiyyələrin onlayn xidmət” Mərkəzinin üzərinə bələdiyyələrə innovativ və metodoloji yardım göstərməyi, həmçinin BAMS-ın təkmilləşdirilməsini  bundan sonra da  davam etdirməlidirlər. Məhz BAMS da aparılan təklmilləşdirilmələrin nəticəsidir ki, bələdiyyə büdcəsinin gəlirlərində bu gün  ciddi artımlar müşahidə olunur.

Bununla yanaşı bütün bələdiyyələrdə hesabatlılıq və şəffaflıq tam təmin edilməli, vətəndaş məmnunluğunun təmin edilməsi öz həllini tapmalıdır. 

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər