Telman Süleymanov: “Bələdiyyə bundan sonra da bu sosial layihələrin icrasını həyata keçirməyi nəzərdə tutur”
“Qəsəbə ərazisində həsas qrupa aid insanlara qayğı və diqqətin göstərilməsi, onlara maddı və mənəvi dəstəyin göstərilməsi bizim bələdiyyənin əsas vəzifələrindən biridir"- bu fikirləri Belediyye.infoya Xəzər rayonu Şüvəlan bələdiyyəsinin sədri Telman Süleymanov bildirib.
Sədrin sözlərinə
görə, istər şəhid və qazi, istərsə də aztəminarlı ailələrlə yanaşı qəsəbə ərazisində
olan uşaq evlərini də bələdiyyənin kollektivi ziyarət edir. Bələdiyyə iclasının təsdiq
etdiyi proqrama uyğun mütəmadi olaraq bu görüşlər keçirilir, hər zaman onların sosial
məişət problemləri dinlənilir və həlli ilə bağlı addımlar atılır.
Bu günlərdə
də qəsəbə ərazisində yerləşən 4 saylı uşaq evi bələdiyyənin təşkilatçılğı və qəsəbə
xeyirxah insanlarının dəstəyi ilə ziyarət olunmuş, 70 nəfərli uşaq kollektivinə
nahar süfrəsi təşkil edilmişdir.
Gün ərzində
valideyn himayəsindən uzaq düşən usaqlarla əyləncəli oyunlar təşkil edilmiş, hədiyyələr
paylanılmışdır.
Bələdiyyə bundan sonra da bu sosial layihələrin icrasını həyata keçirməyi nəzərdə tutur.
Belediyye.info
Rəylər
0 Rəy