Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-11-2025 , 19:53

869

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Telman Süleymanov: “Bələdiyyə bundan sonra da bu sosial  layihələrin icrasını həyata keçirməyi nəzərdə tutur”


“Qəsəbə ərazisində həsas qrupa aid insanlara qayğı və diqqətin göstərilməsi, onlara maddı və mənəvi dəstəyin göstərilməsi bizim bələdiyyənin əsas vəzifələrindən biridir"- bu fikirləri Belediyye.infoya  Xəzər rayonu Şüvəlan bələdiyyəsinin sədri Telman Süleymanov bildirib.

Sədrin sözlərinə görə, istər şəhid və qazi, istərsə də aztəminarlı ailələrlə yanaşı qəsəbə ərazisində olan uşaq evlərini də bələdiyyənin kollektivi  ziyarət edir. Bələdiyyə iclasının təsdiq etdiyi proqrama uyğun mütəmadi olaraq bu görüşlər keçirilir, hər zaman onların sosial məişət problemləri dinlənilir və həlli ilə bağlı addımlar atılır.  

Bu günlərdə də qəsəbə ərazisində yerləşən 4 saylı uşaq evi bələdiyyənin təşkilatçılğı və qəsəbə xeyirxah insanlarının dəstəyi ilə ziyarət olunmuş, 70 nəfərli uşaq kollektivinə nahar süfrəsi təşkil edilmişdir.

Gün ərzində valideyn himayəsindən uzaq düşən usaqlarla əyləncəli oyunlar təşkil edilmiş, hədiyyələr paylanılmışdır.

Bələdiyyə bundan sonra da bu sosial  layihələrin icrasını həyata keçirməyi nəzərdə tutur.

Belediyye.info






Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər