Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-11-2025 , 22:57

828

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Hacı Əliyev: "BAMS-ın yeni versiyasının tətbiqi bələdiyyələrin büdcə gəlirlərinin artımına səbəb olub”

"Yerli özünüidaetmə sahəsində aparılan islahatlar nəticəsində rayonun Bibiheybət bələdiyyəsi Səbail bələdiyyəsinə birləşdirlmiş və son seçkilərdən sonra bələdiyyəmiz yenidən formalaşdırılmışdır. Birləşmədən sonra Səbail  bələdiyyəsinin ərazisi genişlənmiş, iqtisadi və maliyyə potensialı müəyyən qədər artmış, mövcud problemlərin həllin istiqamətində yeni imkanlara yaranmışdır”- bu fikirləri Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının ümumi yığıncağında Səbail bələdiyyəsinin sədri Hacı Əliyev deyib.

Sədrin sözlərinə görə, bələdiyyələrin qarşısında dayanan vəzifələrin yerinə yetirilməsi üçün yerli büdcənin lazimi şəkildə formalaşması əsas şərtdir.  Məlum olduğu kimi, yerli büdcə yerli vergi və ödənişlərdən formalaşır. Əmlak və torpaq vergisi  bələdiyyə büdcəsinin əsasını təşkil edir. Uzun müddətdir ki, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının təşəbbüsü və dəstəyi ilə büdcə gəlirlərinin artımanı nail olmaq məqsədi ilə vergi- uçot sisteminin düzgün qurulması, vergi və ödənişlərin yığımının səmərəli təşkil məqsədilə yaradılan Bələdiyyələroim Avtomatlaşdırlımış Məlumat Sistemi bütün bələdiyyələrdə olduğu kimi Səbail bələdiyyəsində də uğurla tətbiq olunur.

Sədr çıxışında əldə olunan müəyyən nəticələrə də toxunub. 2024-ci ilin əvvəlindən başlayaraq BAMS-ın proqram təminatı yenilənmiş, sistem aidyyəti dövlət qurumlarının məlumat bazasına inteqrasiya edilmiş, BAMS-ın yeni versiyasının tətbiqi bələdiyyələrin büdcə gəlirlərinin artımına, yerli vergi ödəyicilərininn dəqiq uçotunun aparılmasına əlavə imkanlar vermişdir. 2023-cü ildə Səbail bələdiyyəsində əmlak vergisinin yığımı 325.051 manat, torpaq vergisinin həcmi 21.400 manat təşkil etmişdisə, 2024 -ci ildə əmlak vergisi 100 faiz artırılaraq 648.431 manat, torpaq vergisi isə 200 faiz artımla 66.308 manat olmuşdur.

2020- ci ildə Səbail bələdiyyəsi üzrə uçota alınan torpaq və əmlak  obyektlərinin sayı 10.481 hazırkı dövrdə isə bu rəqəm 20.500 yaxın olmuşdur.

Beləliklə, vergi uçot sistemin düzgün qurulması və BAMS-proqramının verdiyi imkanlardan düzgün istifadə nəticə etibari ilə  rayon  ərazisində həyata keçirilən layihələrin də həcminə müsbət mənada öz təsiri göstərmiş oldu.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər