Hacı Əliyev: "BAMS-ın yeni versiyasının tətbiqi bələdiyyələrin büdcə gəlirlərinin artımına səbəb olub”
"Yerli özünüidaetmə sahəsində aparılan islahatlar nəticəsində rayonun Bibiheybət bələdiyyəsi Səbail bələdiyyəsinə birləşdirlmiş və son seçkilərdən sonra bələdiyyəmiz yenidən formalaşdırılmışdır. Birləşmədən sonra Səbail bələdiyyəsinin ərazisi genişlənmiş, iqtisadi və maliyyə potensialı müəyyən qədər artmış, mövcud problemlərin həllin istiqamətində yeni imkanlara yaranmışdır”- bu fikirləri Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının ümumi yığıncağında Səbail bələdiyyəsinin sədri Hacı Əliyev deyib.
Sədrin sözlərinə görə, bələdiyyələrin qarşısında dayanan vəzifələrin yerinə
yetirilməsi üçün yerli büdcənin lazimi şəkildə formalaşması əsas şərtdir. Məlum olduğu kimi, yerli büdcə yerli vergi və
ödənişlərdən formalaşır. Əmlak və torpaq vergisi bələdiyyə büdcəsinin əsasını təşkil edir. Uzun
müddətdir ki, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının təşəbbüsü və
dəstəyi ilə büdcə gəlirlərinin artımanı nail olmaq məqsədi ilə vergi- uçot
sisteminin düzgün qurulması, vergi və ödənişlərin yığımının səmərəli təşkil məqsədilə
yaradılan Bələdiyyələroim Avtomatlaşdırlımış Məlumat Sistemi bütün bələdiyyələrdə
olduğu kimi Səbail bələdiyyəsində də uğurla tətbiq olunur.
Sədr
çıxışında əldə olunan müəyyən nəticələrə də toxunub. 2024-ci ilin əvvəlindən
başlayaraq BAMS-ın proqram təminatı yenilənmiş, sistem aidyyəti dövlət qurumlarının
məlumat bazasına inteqrasiya edilmiş, BAMS-ın yeni versiyasının tətbiqi bələdiyyələrin
büdcə gəlirlərinin artımına, yerli vergi ödəyicilərininn dəqiq uçotunun aparılmasına
əlavə imkanlar vermişdir. 2023-cü ildə Səbail bələdiyyəsində əmlak vergisinin
yığımı 325.051 manat, torpaq vergisinin həcmi 21.400 manat təşkil etmişdisə,
2024 -ci ildə əmlak vergisi 100 faiz artırılaraq 648.431 manat, torpaq vergisi
isə 200 faiz artımla 66.308 manat olmuşdur.
2020- ci
ildə Səbail bələdiyyəsi üzrə uçota alınan torpaq və əmlak obyektlərinin sayı 10.481 hazırkı dövrdə isə
bu rəqəm 20.500 yaxın olmuşdur.
Beləliklə, vergi uçot sistemin düzgün qurulması və BAMS-proqramının verdiyi imkanlardan düzgün istifadə nəticə etibari ilə rayon ərazisində həyata keçirilən layihələrin də həcminə müsbət mənada öz təsiri göstərmiş oldu.
Belediyye.info
Rəylər
0 Rəy