Fəaliyyətimizlə qəsəbə ərazisində vətəndaş məmnunluğunun təmin edilməsinə çalışırıq: BƏLƏDİYYƏ SƏDRİ YAZIR
Ulu Öndər Heydər Əliyev ideyalarına əsaslanan və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf strategiyasında bələdiyyələr xüsusi yer tutur.
Ölkəmizdə bələdiyyələr müstəqil, yerli özünüidarəetmə qurumu kimi fəaliyyət göstərsə də, bu
qurumların dövlət və vətəndaş qarşısında məsuliyyətini azaltmır, əksinə, daha
da artırır. Çünki bələdiyyələr ərazi üzrə sosial-iqtisadi inkişafın aparıcı
elementlərindən biri olaraq həm dövlət, həm də vətəndaş cəmiyyəti üçün əhəmiyyətini
daha da ön plana çıxarır.
Bu gün “Rəqəmsal Azərbaycan” konsepsiyasının tərkib hissəsi olaraq bələdiyyələrin
elektron idarəetməyə keçidi təmin olunur. Bu istiqamətdə Bələdiyyələrin
Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) olduqca mühüm və effektiv idarəetmə alətinə
çevrilib.
Cari ildə cənab Prezident tərəfindən imzalanmış Fərmanda “Bələdiyyələrin vahid
informasiya sistemi haqqında” Əsasnamənin ölkə üzrə bütün bələdiyyələr tərəfindən
təsdiqlənməsi, bu istiqamətdə tədbirlərin həyata keçirilməsi və tapşırıqların Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim olunmasının Bələdiyyələrin Milli
Assosiasiyalarına həvalə edilməsi ali səviyyədə bələdiyyələrin təmsil olunduğu Assosiasiyaya
göstərilən yüksək etimadın bir nümunəsidir.
Biləcəri bələdiyyəsi olaraq biz də bu sistemdən aktiv şəkildə istifadə edirik.
BAMS vasitəsilə vətəndaş müraciətləri, maliyyə sənədlərinin aparılması,
çıxarışların əldə edilməsi və digər proseslər elektron formada, şəffaflıq və səmərəlilik
prinsipləri əsasında icra olunur. Bu, həm xidmətin keyfiyyətini artırır, həm də
sakinlərin bələdiyyəyə olan etimadının güclənməsinə xidmət edir.
Həmçinin, əlavə
edim ki, BAMS-dan aktiv istifadəsi nəticəsində, bələdiyyənin büdcə gəlirlərində
vergilərin və yerli ödənişlərində artımı müşahidə edilmişdir. Belə ki, vergi və
yerli ödənişin məbləği 2024-ci ilin 10 ayı ərzində 301.855, 2025-ci ilin 10 ayı
ərzində isə 378.524 manat təşkil etmişdir. BAMS sisteminin Əmlak Məsələləri
Dövlət Xidmətinin elektron sistemiylə inteqrasiya edilməsi nəticəsində
çıxarışların rahatlıqla əldə edilməsi təmin edilmişdir.
Bununla yanaşı, Biləcəri bələdiyyəsi tərəfindən Bələdiyyələrlə
iş Baş İdarəsi ilə müvafiq məsləhətləşmələr aparılaraq hüquqi müstəvidədə
müvafiq addımlar atılmışdır
Belə ki, qəsəbə ərazisində
mehmanxana, otel və turizm fəaliyyəti göstərən obyektlərdən müvafiq
qanunvericiliyə uyğun olaraq hər bir şəxsə görə 1 AZN məbləğində yerli ödəniş
edilməsi qərarı qəbul edilərək, Ədliyyə Nazirliyinin müvafiq reyestrində qeydiyyata alınmışdır.
Bundan başqa, qəsəbə
ərazisində ixtisaslaşdırılmış avtomobil dayanacağı fəaliyyəti göstərən obyektlərin
yerli ödəniş edilməsi qərarı da qəbul edilərək Ədliyyə Nazirliyinin müvafiq
reyestrində qeydiyyata alınmışdır.
Hazırda “Notariat
haqqında” və “Yerli bələdiyyə vergi və ödənişləri haqqında” Qanunlara əlavələrin
edilməsi barədə təkliflər paketi tərəfimizdən hazırlanaraq Ədliyyə Nazirliyinə
təqdim edilmişdir.
Bu gün fəaliyyətimizlə
qəsəbə ərazisində vətəndaş məmnunluğunun təmin edilməsinə, habelə qanun və normativ-hüquqi
sənədlərin verdiyi imkanlardan maksimum dərəcədə istifadə etməyə çalışırıq.
Hazırda təkmilləşdirilmiş
BAMS-ın proqramından istifadə edərək bələdiyyənin vergi xidmətinin əməkdaşları vergi-uçot
sistemində mövcud olmuş problemləri aradan qaldırmaqla büdcə gəlirlərinin artırırıq.
Son olaraq qeyd
edim ki, bu gün həm Binəqədi RİH-in, həm də Bələdiyyələrlə iş Baş idarəsinin təklif
və tövsiyələrindən yararlanmaqla qarşımıza qoyduğumuz hədəflərə çatmaq niyyətindəyik.
Fərid Cəfərov
Binəqədi rayonu,
Biləcəri bələdiyyəsinin sədri
Rəylər
0 Rəy