Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-11-2025 , 23:21

1173

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Fəaliyyətimizlə qəsəbə ərazisində vətəndaş məmnunluğunun təmin edilməsinə çalışırıq: BƏLƏDİYYƏ SƏDRİ YAZIR

Ulu Öndər Heydər Əliyev ideyalarına əsaslanan və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf strategiyasında bələdiyyələr xüsusi yer tutur.

Ölkəmizdə bələdiyyələr müstəqil, yerli özünüidarəetmə  qurumu kimi fəaliyyət göstərsə də, bu qurumların dövlət və vətəndaş qarşısında məsuliyyətini azaltmır, əksinə, daha da artırır. Çünki bələdiyyələr ərazi üzrə sosial-iqtisadi inkişafın aparıcı elementlərindən biri olaraq həm dövlət, həm də vətəndaş cəmiyyəti üçün əhəmiyyətini daha da ön plana çıxarır.
Bu gün “Rəqəmsal Azərbaycan” konsepsiyasının tərkib hissəsi olaraq bələdiyyələrin elektron idarəetməyə keçidi təmin olunur. Bu istiqamətdə Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) olduqca mühüm və effektiv idarəetmə alətinə çevrilib.
Cari ildə cənab Prezident tərəfindən imzalanmış Fərmanda “Bələdiyyələrin vahid informasiya sistemi haqqında” Əsasnamənin ölkə üzrə bütün bələdiyyələr tərəfindən təsdiqlənməsi, bu istiqamətdə tədbirlərin həyata keçirilməsi və tapşırıqların Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmasının Bələdiyyələrin Milli Assosiasiyalarına həvalə edilməsi ali səviyyədə bələdiyyələrin təmsil olunduğu Assosiasiyaya göstərilən yüksək etimadın bir nümunəsidir.
Biləcəri bələdiyyəsi olaraq biz də bu sistemdən aktiv şəkildə istifadə edirik. BAMS vasitəsilə vətəndaş müraciətləri, maliyyə sənədlərinin aparılması, çıxarışların əldə edilməsi və digər proseslər elektron formada, şəffaflıq və səmərəlilik prinsipləri əsasında icra olunur. Bu, həm xidmətin keyfiyyətini artırır, həm də sakinlərin bələdiyyəyə olan etimadının güclənməsinə xidmət edir.

Həmçinin, əlavə edim ki, BAMS-dan aktiv istifadəsi nəticəsində, bələdiyyənin büdcə gəlirlərində vergilərin və yerli ödənişlərində artımı müşahidə edilmişdir. Belə ki, vergi və yerli ödənişin məbləği 2024-ci ilin 10 ayı ərzində 301.855, 2025-ci ilin 10 ayı ərzində isə 378.524 manat təşkil etmişdir. BAMS sisteminin Əmlak Məsələləri Dövlət Xidmətinin elektron sistemiylə inteqrasiya edilməsi nəticəsində çıxarışların rahatlıqla əldə edilməsi təmin edilmişdir.

Bununla yanaşı,  Biləcəri bələdiyyəsi tərəfindən Bələdiyyələrlə iş Baş İdarəsi ilə müvafiq məsləhətləşmələr aparılaraq hüquqi müstəvidədə müvafiq addımlar atılmışdır

Belə ki, qəsəbə ərazisində mehmanxana, otel və turizm fəaliyyəti göstərən obyektlərdən müvafiq qanunvericiliyə uyğun olaraq hər bir şəxsə görə 1 AZN məbləğində yerli ödəniş edilməsi qərarı qəbul edilərək, Ədliyyə Nazirliyinin  müvafiq    reyestrində qeydiyyata alınmışdır.

Bundan başqa, qəsəbə ərazisində ixtisaslaşdırılmış avtomobil  dayanacağı fəaliyyəti göstərən obyektlərin yerli ödəniş edilməsi qərarı da qəbul edilərək Ədliyyə Nazirliyinin müvafiq reyestrində qeydiyyata alınmışdır.

Hazırda “Notariat haqqında” və “Yerli bələdiyyə vergi və ödənişləri haqqında” Qanunlara əlavələrin edilməsi barədə təkliflər paketi tərəfimizdən hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim edilmişdir.

Bu gün fəaliyyətimizlə qəsəbə ərazisində vətəndaş məmnunluğunun təmin edilməsinə, habelə qanun və normativ-hüquqi sənədlərin verdiyi imkanlardan maksimum dərəcədə istifadə etməyə çalışırıq.

Hazırda təkmilləşdirilmiş BAMS-ın proqramından istifadə edərək bələdiyyənin vergi xidmətinin əməkdaşları vergi-uçot sistemində mövcud olmuş problemləri aradan qaldırmaqla büdcə gəlirlərinin artırırıq.

Son olaraq qeyd edim ki, bu gün həm Binəqədi RİH-in, həm də Bələdiyyələrlə iş Baş idarəsinin təklif və tövsiyələrindən yararlanmaqla qarşımıza qoyduğumuz hədəflərə çatmaq niyyətindəyik.

Fərid Cəfərov

Binəqədi rayonu, Biləcəri bələdiyyəsinin sədri 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Qəsəbə ahilları ziyarət olunub

Bakı
01-10-2025
1012

27 Sentyabr- Anım Günü...

Bakı
27-09-2025
1111