Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-11-2025 , 18:48

804

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Təltif edilənlər sırasında bələdiyyə sədri də var

Xəzər rayonunda “Konstitusiya – Müstəqilliyimizin və Suverenliyimizin Zəmanətidir” mövzusunda tədbir keçirilib.

Xəzər rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində 12 noyabr Konstitusiya Gününə həsr olunmuş “Konstitusiya – Müstəqilliyimizin və Suverenliyimizin Zəmanətidir” mövzusunda tədbir keçirilib. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şimal” Elektrik Stansiyasının inzibati binasında keçirilən tədbirdə Xəzər RİH-nin başçısı Elşən Salahov, RİH başçısının müavinləri və Aparatın əməkdaşları, Milli Məclisin deputatları Soltan Məmmədov və Gülşən Paşayeva, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər rayon məhkəməsinin sədri Abbas Rzayev, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, rayonun idarə-təşkilat, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri iştirak edib.

Tədbirdə giriş sözü ilə çıxış edən natiqlər Prezidenti İlham Əliyevin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı Sərəncamının hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından əhəmiyyətindən danışılıb, ərazi bütövlüyümüzün, dövlət suverenliyinin və ölkənin bütün ərazilərində Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin bərpasını tarixdə qazanılan ən parlaq Zəfər kimi səciyyələndiriblər. Bugünkü qüdrətli Azərbaycanın Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında, ölkə prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə inamla inkişaf etdiyini qeyd edən natiqlər qısa müddətdə əsrə bərabər inkişaf yolu keçən müstəqil respublikamızın daha güclü dayaqlara malik olan və milli maraqları qətiyyətlə qoruyan qüdrətli dövlətə çevrildiyini xüsusilə  vurğulayıblar.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bir qrup şəxs, o cümlədən Şüvəlan bələdiyyəsinin sədri Telman Süleymanov  Xəzər RİH başçısının “Fəxri fərman”la təltif ediliblər.


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər