İsrafil Hüseynov: “Buzovna bələdiyyəsi şəhid və qazi ailələrini, habelə müharibə veteranlarının ailəsini ziyarət edib”
“Xəzər rayonu, Buzovna bələdiyyəsinin kollektivi Zəfər günü ilə bağlı qəsəbə ərazisində olan şəhid və qazi ailələrini, habelə müharibə veteranlarının ailəsini ziyarət edib”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri İsrafil Hüseynov deyib.
Şəhid
və qazi ailələri, habelə müharibə
veteranları ilə ümumilikdə 40 nəfər olmaqla keçirilən görüşlərdə bələdiyyənin sədr
müavini Təbriz Ağayev, bələdiyyənin hüquqşünası Vüsal Poladov və vergi xidmətinin
əməkdaşları yaxından iştirak etmişlər.
Hər
bir görüşdə tarixi qələbəmizdə şəhidlərimizin rolundan bəhs edilərək, Prezident
İlham Əliyevin şəhid ailələri və qazilərə xüsusi diqqətindən danışılmışdır. Görüşlərdə
həssas qrupa aid insanların sosial-məişət qayğıları ilə maraqlanılmış və həlli
ilə bağlı addımlar atılmışdır. Bununla
yanaşı hər birinə bələdiyyə tərəfindən ərzaq
payı təqdim edilmişdir.
Şəhidin
ailə üzvləri Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım
Əliyevanın hər zaman diqqət, yüksək qayğısı ilə əhatələndiklərini, dövlət tərəfindən,
o cümlədən bələdiyyə tərəfindən bu gün şəhid
ailələrinə verilən qiymətin yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsində
bir nümunə olduğunu qeyd edərək öz minnətdarlıqlarını bildirmişdirlər.
Belediyye.info
Rəylər
0 Rəy