Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-11-2025 , 18:27

1022

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

 İsrafil Hüseynov: “Buzovna bələdiyyəsi şəhid və  qazi ailələrini, habelə müharibə  veteranlarının ailəsini ziyarət edib”

“Xəzər rayonu, Buzovna bələdiyyəsinin kollektivi  Zəfər günü ilə bağlı qəsəbə ərazisində olan şəhid və  qazi ailələrini, habelə müharibə  veteranlarının ailəsini ziyarət edib”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri İsrafil Hüseynov deyib.

Şəhid və  qazi ailələri, habelə müharibə veteranları ilə ümumilikdə 40 nəfər olmaqla keçirilən görüşlərdə bələdiyyənin sədr müavini Təbriz Ağayev, bələdiyyənin hüquqşünası Vüsal Poladov və vergi xidmətinin əməkdaşları  yaxından iştirak etmişlər.

Hər bir görüşdə tarixi qələbəmizdə şəhidlərimizin rolundan bəhs edilərək, Prezident İlham Əliyevin şəhid ailələri və qazilərə xüsusi diqqətindən danışılmışdır. Görüşlərdə həssas qrupa aid insanların sosial-məişət qayğıları ilə maraqlanılmış və həlli ilə bağlı addımlar  atılmışdır. Bununla yanaşı hər birinə  bələdiyyə tərəfindən ərzaq payı təqdim edilmişdir.  

Şəhidin ailə üzvləri Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman diqqət, yüksək qayğısı ilə əhatələndiklərini, dövlət tərəfindən,  o cümlədən bələdiyyə tərəfindən bu gün şəhid ailələrinə verilən qiymətin yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsində bir nümunə olduğunu qeyd edərək öz minnətdarlıqlarını bildirmişdirlər.

Belediyye.info




Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər