Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-12-2025 , 21:43

1948

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Tədbir həmdə Biləcəri bələdiyyəsinin təşkilatçılığı ilə keçirilib

8 dekabr 2025-ci il tarixində Binəqədi rayonu, Vüqar Əvəzov adına 300 №-li tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyətinin və Biləcəri Bələdiyyəsinin təşkilatçılığı ilə “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kompaniyası” çərçivəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”na əsasən “Gələcəyimizi şiddət və asılılıqdan qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin məsləhətçisi Həsən Əliyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Biləcəri Bələdiyyəsinin sədri Fərid Cəfərov, Rayon Polis İdarəsinin 6-cı Polis bölməsinin rəis müavini polis polkovnik-leytenantı Rəşad Rəcəbov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Şahin İsmayılov, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İlqar Pənahov, Bakı Narkoloji Mərkəzinin əməkdaşı-sosioloq Fidan Ataxanlı, 6 № li Uşaq-Gənclərin İnkişaf Mərkəzinin rəhbəri Ziyat Nəbiyev, V.Əvəzov adına 300 № li tam orta məktəbin direktoru İradə Xəlilova, müəllimlər və 300 nəfərə yaxın şagirdlər iştirak etdilər.

Görüşdən öncə qonaqlar məktəblilərin rəsm işlərindən ibarət sərgi ilə tanış oldular.

Tədbir ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılmışdır.

Qonaqları salamlayaraq maarifləndirici tədbirin təşkili üçün dövlət qurumlarına təşəkkürünü bildirən məktəb direktoru İradə Xəlilova tədbiri açıq elan etmişdir. 

Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun sədri Sevinc Süleymanova qeyd etdi ki, ölkəmizdə qadınların cəmiyyətdə rolunun güclədirilməsi ümummilli lider Heydər Əliyevin siyasi xəttinin prioritet istiqamətlərindən biri olmuşdur. Cənab Prezident İlham Əliyevin bu sahədəki qərar və sərəncamları, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələri, cəmiyyəti bu problemlə mübarizəyə daha yaxından səfərbər etmək naminə müntəzəm təşəbbüsləri və müsbət nəticələrin əsas hərəkətverici qüvvəsi olduğunu bildirən S.Süleymanova insanın xoşbəxtliyinin onun qazandığı dəyərə bağlı olduğunu ifadə etmişdir. Əgər ailədə böyüyən uşaq evdə özünü təhlükədə hesab edirsə, başqa mühitə və şəxslərə üz tutur. Təəssüf ki, o zaman bu uşaqların riskli və təhlükəli hadisələrlə qarşılaşdığını bildirən S.Süleymanova bu kimi problemlərin həllində, maarifləndirmə işlərinin aparılmasının vacibliyini birdaha vurğulamışdır. 

Növbəti çıxış edən əməkdaşlar, Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin məsləhətçisi Həsən Əliyev, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Şahin İsmayılov, İctimai Birliyinin sədri Mehriban Zeynalova, Narkoloji Mərkəzin əməkdaşı-sosioloq Fidan Ataxanlı çıxışlarında qeyd etdilər ki, genefondumuzun sağlamlığı, böyüməkdə olan gənc nəslin yüksək ideallar ruhunda tərbiyəsi, xalqımızın adət-ənənələrinə, mənəvi-etik dəyərlərinə hörmət naminə ölkənin müvafiq qurumları, qeyri-hökumət təşkilatları, bu məsələdə əsl vətəndaş təəssübkeşliyi ilə səylərini əsirgəməməli, "ağ ölüm"ə birdəfəlik yox deməliyik.                              

Daha sonra, bələdiyyə sədri Fərid Cəfərov çıxışında bildirmişdir ki, biz hər zaman inkişafa doğru atılan addımlar barəsində danışırıq, lakin təəssüflər olsun ki, bizlərdə, öz cəmiyyətimizdə digər cəmiyyətlərdə mövcud olan narkomaniya və şiddət problemlərinin şahidi oluruq.

Bunların nəticələri hər zaman ağır olur, çünki ortada bir insan taleyindən bəhs olunur. Burada insanların öz fərdi məsuliyyət anlayışınının formalaşması, həyatları barəsində verdikləri belə zərərli qərarların təkcə onların öz həyatlarını məhv etdiyini deyil, bütövlükdə bir ailənin faciəsinə çevrildiyini anlaması ən vacib məqamlardandır.

Aparılan mübarizə işlərində hər bir vətəndaş fəallıq göstərməlidir. Xüsusilədə, yeniyetmə və gənclərin bu sahədə daha da maarifləndirilməsi onlar arasında narkomaniyaya, eləcə də, şiddətə qarşı müqaviməti xeyli artırır.

Dövlətimiz tərəfindən müxtəlif istiqamətlərdə aparılan bucür profilaktik tədbirlər və görülən işlər nəticəsində həm indiki, həm də gələcək nəsillərin cəmiyyətdə sağlam yetişmələri üçün şərait yaradılır.

Doğrudur, bugün bələdiyyə dedikdə insanların əksəriyyətinin ağlına torpaq, vergi bu tipli məsələlər gəlir. Amma bələdiyyələr fəaliyyət göstərdikləri ərazilərdə yaşayan vətəndaşların sosial həyatındada daima aktiv olurlar. Beləki, bələdiyyələr hər zaman Bələdiyyə İş Baş İdarəsinin tövsiyəsi əsasında dövlətimizdə aparılan sosial yönümlü siyasətdə yer almağa çalışmışdır.

Biləcəri Bələdiyyəsidə, bu sahədə xüsusiylə uşaq siyasəti sahəsində müəyyən işlər həyata keçirmişdir.

Nümunə kimi,  “1 iyun Beynəlxalq Uşaq Müdafiəsi Günü”nə həsr olunmuş Heydər Əliyev adına İdman Konksert Kompleksində baş tutan tədbirdə şəhid, qazi övladları, eləcə də aztəminatlı ailələrin övladları olmaqla ümumilikdə 50-dən çox uşağın iştirakı ilə əyləncəli tədbir təşkil edilmişdir.       

F.Cəfərov bundan əlavə qeyd etmişdir ki, qəsəbə sakinləri-bələdiyyə münasibətlərinin yaxınlaşması, güclənməsi məqsədilə bələdiyyə olaraq qarşıdakı illərdə  bu kimi sosial problemlerin həllini ehtiva edən işlərin, profilaktik tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Çıxışlardan sonra, tədbirdə 6 № li Uşaq-Gənclərin İnkişaf Mərkəzinin dərnək üzvlərinin ifasında kiçik səhnəcik nümayiş olundu.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılmışdır.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür
Bakı
23-02-2026
723