Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-12-2025 , 16:08

2010

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Emil Yusifov: “Çətinliklərə baxmayaraq bələdiyyəmiz  seçicilərinə xidmətini davam etdirir”

“Bələdiyyənin əvvəlki illərdən yığlıb qalmış 51 minlik DSMF- və digər qurumlara olan borcunu bağlamışıq”-bu fikirləri Belediyye.infoya Suraxanı rayonu, Əmircan bələdiyyəsinin sədri Emil Yusifov deyib.

Sədrin sözlərinə görə, borcların BAMS-ın verdiyi imkanlardan ciddi şəkildə istifadə etməklə bələdiyyənin vergi xidməti orqanının və kollektivin birgə səyi ilə bağlanılması, nəticədə fəaliyyətimiz üçün geniş  imkanlar yaradı. Məhz bu fəaliyyətin nəticəsidir ki, ötən ilin on bir ayı ilə müqayisədə cari ildə  yerli büdcə gəlirlərində 57 faizlik artım müşahidə olunub.

İcra probasiya şöbəsi ilə əlaqələrin qurulması, BAMS proqramında təkrar vergi ödəyicilərinin ləğvi ilə bağlı atılan addımlar, həmçinin BAMS-ın verdiyi imkanlardan istifadə etməklə əldə olunan maliyyə vəsaiti hesabına artıq bələdiyyə ərazisində növbəti ildən daha ciddi və irihəcmli layihələrin icrasını nəzərdə tuturuq. Bələdiyyə iclasında büdcə layihəsinin təsdiq edildiyini  deyən sədr bələdiyyənin hazırda dayanıqlı maliyyə mənbəyinin yaradılması istiqamətində fikir mübadiləsinin aparıldığını bildirdi.

Sədr qeyd edib ki, indiki vaxtda bələdiyyənin üzərinə düşən əsas vəzifə, həmçinin  RİH-in yerlərdə həyata keçirdiyi layihələrə sadəcə dəstək verməkdir.

Ərazimizdə sənədsiz əmlakın olması, üstəlik bələdiyyənin xəritəsinin bu günədən verilməməsi fəaliyyətimizə ciddi problem yaradan amillərdəndir.

Ancaq bu çətinliklərə baxmayaraq bələdiyyəmiz fəaliyyətdədir, seçicilərinə xidmətini davam etdirir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür
Bakı
23-02-2026
723