Xətai bələdiyyəsi növbəti dəfə 3 saylı Uşaq Evini ziyarət edib
“Xətai bələdiyyəsinin kollektivi növbəti dəfə Bakıdakı 3 saylı Uşaq Evini ziyarət edib”- bu barədə məlumatı adıçəkilən bələdiyyənin sədri Elşad Vəliyev bildirib.
Sədr qeyd edib ki, Xətai RİH-in rəsmilərinin və bələdiyyənin üzv və qulluçularının iştirak
etdiyi tədbirdə uşaqlar üçün əyləncəli və musiqili anlar yaşanıb. Dünya Azərbaycanlılarının
Həmrəylik günü təşkil edilən ziyarət zamanı uşaqlar qonaqlar üçün
hazırladıqları müxtəlif ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Rəngarəng
çıxışlar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Tədbir səmimi
anlar, maraqlı söhbətlər və xoş təəssüratlarla yadda qalıb.
Xətai
bələdiyyəsi hər il olduğu kimi, bu il də valideyn himayəsindən və qayğısından məhrum
olmuş uşaqları yad edərək onlara müxtəlif hədiyyələr təqdim edib. Heyət tərəfindən
təşkil olunan intellektual və əyləncəli oyunlar uşaqların geniş marağına səbəb
olub.
Daha
sonra uşaqlara çoxlu sayda hədiyyələr
paylanılıb.
Tədbirdə xatirə şəkilləri çəkildi.
Belediyye.info
Rəylər
0 Rəy