Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

30-12-2025 , 21:05

2417

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Xətai bələdiyyəsi növbəti dəfə  3 saylı Uşaq Evini ziyarət edib

“Xətai bələdiyyəsinin kollektivi növbəti dəfə  Bakıdakı 3 saylı Uşaq Evini ziyarət edib”- bu barədə məlumatı adıçəkilən bələdiyyənin sədri Elşad Vəliyev bildirib.

Sədr qeyd edib ki, Xətai RİH-in rəsmilərinin və  bələdiyyənin üzv və qulluçularının iştirak etdiyi tədbirdə uşaqlar üçün əyləncəli və musiqili anlar yaşanıb. Dünya Azərbaycanlılarının Həmrəylik günü təşkil edilən ziyarət zamanı uşaqlar qonaqlar üçün hazırladıqları müxtəlif ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Rəngarəng çıxışlar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Tədbir səmimi anlar, maraqlı söhbətlər və xoş təəssüratlarla yadda qalıb.

Xətai bələdiyyəsi hər il olduğu kimi, bu il də valideyn himayəsindən və qayğısından məhrum olmuş uşaqları yad edərək onlara müxtəlif hədiyyələr təqdim edib. Heyət tərəfindən təşkil olunan intellektual və əyləncəli oyunlar uşaqların geniş marağına səbəb olub.

Daha sonra uşaqlara çoxlu  sayda hədiyyələr paylanılıb.

 Tədbirdə xatirə şəkilləri çəkildi.  

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Elxan Oqtay oğlu İbrahimov kimdir?


Bakı
12-11-2025
1686