Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-01-2026 , 20:34

965

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Ruhin Orucov: “Bələdiyyə olaraq bu əsas vəzifəmiz seçicilərə xdimətdən keçir”

“Ölkə başçsının tapşırıq və tövsiyələrinə uyğun olaraq Sabunçu rayonunda sakinlərin rahat yaşayışının təmin edilməsi, eyni zamanda vətəndaşların qaldırdıqları məsələlərin operativ həll olunması məqsədilə aparılan abadlıq və quruculuq işləri davam etdirilir və həyata keçirilən layihələrə Bakıxanov bələdiyyəsi də öz töhfəmizi verməkdəyik” – bu fikirləri adıçəkilən bələdiyyənin sədri Ruhin Orucov deyib.

Sədr qeyd edib ki, aparılan işlər çərçivəsində sakinlər tərəfindən edilən müraciətlər əsasında qəsəbənin Zabrat küçəsinin bir hissəsinə yeni asfalt örtüyünün çəkilməsi işləri aparılmışdır.

Qeyd edək ki, qəsəbə ərazisində yeni asfalt örtüyünün çəkilməsi ilə bağlı görülən işlər mərhələli şəkildə davam etdirilir.  Cari ildə ilk olaraq adıçəkilən küçənin bir hissəsinə asfalt örtüyü vurulmuş və növbəti mərhələdə isə küçənin digər hissəsi də asfaltlanacaqdır.

Sakinlər qəsəbə ərazisində aparılan abadlıq və quruculuq işləri çərçivəsində vətandaşlar üçün təhlükəsiz, rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildiriblər.

Sədr bildirib ki, bələdiyyə olaraq bu əsas vəzifəmiz seçicilərə xdimətdən keçir. Bununla yanaşı sakinlərlə görüşlər keçirərək onların qaldırdığı məsələlər daim diqqətdə saxlanılır və hər bir müraciət bələdiyyə iclasında müzakirəyə çıxarılaraq həlli ilə bağlı qərar verilir.

Belediyye.info




Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər