Ruhin Orucov: “Bələdiyyə olaraq bu əsas vəzifəmiz seçicilərə xdimətdən keçir”
“Ölkə başçsının tapşırıq və tövsiyələrinə uyğun olaraq Sabunçu rayonunda sakinlərin rahat yaşayışının təmin edilməsi, eyni zamanda vətəndaşların qaldırdıqları məsələlərin operativ həll olunması məqsədilə aparılan abadlıq və quruculuq işləri davam etdirilir və həyata keçirilən layihələrə Bakıxanov bələdiyyəsi də öz töhfəmizi verməkdəyik” – bu fikirləri adıçəkilən bələdiyyənin sədri Ruhin Orucov deyib.
Sədr
qeyd edib ki, aparılan işlər çərçivəsində sakinlər tərəfindən edilən müraciətlər
əsasında qəsəbənin Zabrat küçəsinin bir hissəsinə yeni asfalt örtüyünün çəkilməsi
işləri aparılmışdır.
Qeyd
edək ki, qəsəbə ərazisində yeni asfalt örtüyünün çəkilməsi ilə bağlı görülən
işlər mərhələli şəkildə davam etdirilir.
Cari ildə ilk olaraq adıçəkilən küçənin bir hissəsinə asfalt örtüyü
vurulmuş və növbəti mərhələdə isə küçənin digər hissəsi də asfaltlanacaqdır.
Sakinlər
qəsəbə ərazisində aparılan abadlıq və quruculuq işləri çərçivəsində vətandaşlar
üçün təhlükəsiz, rahat və əlverişli şərait yaradılmasından razılıqlarını
bildiriblər.
Sədr bildirib ki, bələdiyyə olaraq bu əsas vəzifəmiz seçicilərə xdimətdən keçir. Bununla yanaşı sakinlərlə görüşlər keçirərək onların qaldırdığı məsələlər daim diqqətdə saxlanılır və hər bir müraciət bələdiyyə iclasında müzakirəyə çıxarılaraq həlli ilə bağlı qərar verilir.
Belediyye.info
Rəylər
0 Rəy