Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-03-2026 , 16:30

118

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Maştağa qəsəbəsinində abadlıq və yol təmir işləri həyata keçirilir

Sabunçu rayonu Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, 8-ci dalanda (kanal boyu) yolun mövcud vəziyyətinin yaxşılaşdırılması ilə bağlı ərazidə yaşayan sakinlərin kollektiv müraciəti Maştağa bələdiyyəsində müzakirə olunmuş və müraciətə əsasən müvafiq qərar qəbul edilmişdir.

Qəbul olunmuş qərara əsasən qeyd olunan ünvanda abadlıq və cari yol təmir işləri həyata keçirilmişdir. Görülmüş işlər çərçivəsində yol səthi xüsusi texnikalar vasitəsilə hamarlanmış, mövcud çuxurlar karbonat materialı ilə doldurularaq möhkəmləndirilmiş, yol səthi bərabərləşdirilmiş və yol boyunca çınqıl örtüyü yayılaraq nəqliyyat vasitələrinin və piyadaların hərəkəti üçün əlverişli vəziyyətə gətirilmişdir.

Aparılmış təmir və abadlıq işləri nəticəsində küçədaxili yolun texniki vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, sakinlərin gündəlik hərəkəti üçün daha təhlükəsiz və rahat şərait yaradılmışdır.

Paylaşımda təqdim olunan fotoşəkillər yolun əvvəlki vəziyyətini və görülmüş işlərdən sonrakı nəticəni aydın şəkildə əks etdirir.

Maştağa bələdiyyəsi tərəfindən qəsəbə ərazisində abadlıq, infrastrukturun yaxşılaşdırılması və sakinlərin müraciətlərinin operativ həlli istiqamətində işlər ardıcıl şəkildə davam etdirilir.

Maştaga  bələdiyyəsi



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər