Maştağa
qəsəbəsinində abadlıq və yol təmir işləri həyata keçirilir
Sabunçu rayonu Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, 8-ci dalanda (kanal boyu) yolun mövcud vəziyyətinin yaxşılaşdırılması ilə bağlı ərazidə yaşayan sakinlərin kollektiv müraciəti Maştağa bələdiyyəsində müzakirə olunmuş və müraciətə əsasən müvafiq qərar qəbul edilmişdir.
Qəbul
olunmuş qərara əsasən qeyd olunan ünvanda abadlıq və cari yol təmir işləri həyata
keçirilmişdir. Görülmüş işlər çərçivəsində yol səthi xüsusi texnikalar vasitəsilə
hamarlanmış, mövcud çuxurlar karbonat materialı ilə doldurularaq möhkəmləndirilmiş,
yol səthi bərabərləşdirilmiş və yol boyunca çınqıl örtüyü yayılaraq nəqliyyat
vasitələrinin və piyadaların hərəkəti üçün əlverişli vəziyyətə gətirilmişdir.
Aparılmış
təmir və abadlıq işləri nəticəsində küçədaxili yolun texniki vəziyyəti əhəmiyyətli
dərəcədə yaxşılaşdırılmış, sakinlərin gündəlik hərəkəti üçün daha təhlükəsiz və
rahat şərait yaradılmışdır.
Paylaşımda
təqdim olunan fotoşəkillər yolun əvvəlki vəziyyətini və görülmüş işlərdən
sonrakı nəticəni aydın şəkildə əks etdirir.
Maştağa
bələdiyyəsi tərəfindən qəsəbə ərazisində abadlıq, infrastrukturun
yaxşılaşdırılması və sakinlərin müraciətlərinin operativ həlli istiqamətində
işlər ardıcıl şəkildə davam etdirilir.
Maştaga bələdiyyəsi
Rəylər
0 Rəy