Təmraz Tağıyev: “Bu gün də korrupsiyaya qarşı mübarizə Azərbaycan dövlət başçısının prioritet siyasi layihəsidir”
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Bakı İctimai Əməkdaşlıq Mərkəzinin layihəsi çərçivəsində Nərimanov bələdiyyəsinin təşkilatçılığı ilə veteranlar təşkilatının akt zalında tədbir keçirilib.
"Korrupsiyaya
qarşı mübarizə, şəffaflıq və ictimai nəzarətin artırılması sa həsində
vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi" layihəsi çərçivəsində
keçirililən tədbirdən öncə Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin büstü
ziyarət edilmiş və qarşısına tər gül dəstələri qoyulmuşdur
Tədbir
zamanı Azərbaycan Şəhər Bələdiyyələri Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev çıxışında
layihənin əhəmiyyətindən danışaraq korrupsiyaya qarşı mübarizəyə həsr olunan tədbirlərin keçirilməsinə hər zaman dəstək
verməyə hazır olduğunu bildirib.
Təmraz Tağıyev çıxışında müstəqillik illərində Ulu öndər Heydər Əliyevin qəbul etdiyi “Cinayətkarlığa
qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi
tədbirləri haqqında” (1994), “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi
haqqında” (2000-ci il) fərmanları hüquq-mühafizə orqanlarının və vətəndaş cəmiyyətinin
bu bəlaya qarşı apardıqları işlərin əlaqələndirilməsində mühüm rol oynamış,
bilavasitə onun rəhbərliyi ilə 1995-ci ildə hazırlanmış Azərbaycan
Konstitusiyası korrupsiyaya qarşı dayanıqlı hüquq sisteminin əsasını təşkil
etmişdir.
Sədr qeyd edib ki, Azərbaycan antikorrupsiya modelinin möhkəm
təməli bu gün də öz yüksək effektivliyini göstərməkdə davam edir. Bu nadir
siyasi-hüquqi irs 2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının
Prezidenti seçilmiş İlham Əliyev tərəfindən inkişaf etdirilərək yeni siyasi və
sosial-iqtisadi reallıqlara uyğunlaşdırılmışdır. Bu gün də korrupsiyaya qarşı
mübarizə Azərbaycan dövlətinin başçısının prioritet siyasi layihəsidir.
Bakı
İctimai Əməkdaşlıq Mərkəzinin sədri Rauf Zeyni çıxış edərək Azərbaycan
Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi
ilə icra olunan layihə çərçivəsində
keçirilən tədbirin təşkilində göstərdiyi dəsətəyə görə Azərbaycan Şəhər Bələdiyyələri
Assosiasiyasının və Nərimanov bələdiyyəsinin
sədri Təmraz Tağıyevə təşəkkürünü bildirib.
Rauf Zeyni çıxışında vətəndaş cəmiyyəti tərəfindən göstərilən
təşəbbüslər, həyata keçirilən layihələr, eyni zamanda layihədən kənar fəaliyyətin
həyata keçirilməsi, ictimai nəzarət sahəsində təşəbbüslərin göstərilməsi və illər
öncə həyata keçirilən fəaliyyət, vətəndaşların sosial rifahı naminə aparılan fəaliyyət
və tədbirlər haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir.
Tədbirdə həyata
keçirilən slayd təqdimatında layihənin mahiyyəti, korrupsiyaya, rüşvətxorluğa
qarşı mübarizə, şəffaflığın və ictimai nəzarətin artırılması, məmur
özbaşınalığına qarşı mübarizənin aparılması, hesabatlılığın təmin olunmasına
geniş yer verilmişdir.
Daha sonra tədbirdə
iştirak edən qeyri-hökumət təşkilatlarının nümayəndələri, ekspertlər öz müstəqil
fikirlərini bildirmişdilər.
QHT sədri Zaur
İbrahimli son dövrlərdə aparılan tədbirlər, həyata keçirilən islahatlar və
bundan sonra yeni mərhələdə yeni islahatların həyata keçirilməsi və bu
islahatların bir çox sahələrdə dövlətimizin inkişafı məqsədilə effekt verəcəyini
və bundan sonra daha ciddi islahatların şahidi olacağımızı diqqətə çatdırıb.
Çıxış
edənlər arasında Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri, Vətən Müharibəsi
Qəhrəmanı Azad Hümbətovun atası Arif Hümbətov, Azərbaycan Respublikası Qadınlar
Cəmiyyətinin sədri Bahar Qasımova, Müasir İnternet Resurslarının İnkişafına Dəstək
İctimai Birliyinin sədri Zamin Zeynal, əməkdar jurnalist və QHT sədri Mətanət
Ağamirli və digər şəxslər belə tədbirlərin daha geniş ictimaiyyəti əhatə etmək
məqsədilə bir çox digər rayonlarda da keçirilməsini təqdirəlayiq hesab ediblər.
Tədbirin
yekununda Təmraz Tağıyev ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham
Əliyevin apardığı islahatları, uğurlu siyasəti, dövlətimizin inkişafını, 44
günlük Vətən Savaşında torpaqlarımızın işğaldan azad olunmasını, Azərbaycanın
regionda və dünyada öz layiqli yerini tutmaq istiqamətində fəaliyyət göstərməsini,
uğurlu əməliyyatların aparılmasını, tədbirlərin həyata keçirilməsini qeyd etmiş
və bundan sonra da cənab Prezidentin siyasətini dəstəkləyəcəklərini bütün tədbir
iştirakçılarının diqqətinə çatdırmışdır.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırmışdır.
Rəylər
0 Rəy