Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-07-2026 , 10:18

192

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Təmraz Tağıyev: “Bu gün də korrupsiyaya qarşı mübarizə Azərbaycan dövlət başçısının prioritet siyasi layihəsidir”

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Bakı İctimai Əməkdaşlıq Mərkəzinin  layihəsi çərçivəsində Nərimanov bələdiyyəsinin təşkilatçılığı  ilə veteranlar təşkilatının akt zalında tədbir keçirilib.

​"Korrupsiyaya qarşı mübarizə, şəffaflıq və ictimai nəzarətin artırılması sa    həsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi" layihəsi çərçivəsində keçirililən tədbirdən öncə Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət edilmiş və qarşısına tər gül dəstələri qoyulmuşdur

​Tədbir zamanı Azərbaycan Şəhər Bələdiyyələri Assosiasiyasının və  Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev çıxışında layihənin əhəmiyyətindən danışaraq korrupsiyaya qarşı mübarizəyə həsr olunan  tədbirlərin keçirilməsinə hər zaman dəstək verməyə hazır olduğunu bildirib.

Təmraz Tağıyev çıxışında müstəqillik illərində  Ulu öndər Heydər Əliyevin qəbul etdiyi “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” (1994), “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında” (2000-ci il) fərmanları hüquq-mühafizə orqanlarının və vətəndaş cəmiyyətinin bu bəlaya qarşı apardıqları işlərin əlaqələndirilməsində mühüm rol oynamış, bilavasitə onun rəhbərliyi ilə 1995-ci ildə hazırlanmış Azərbaycan Konstitusiyası korrupsiyaya qarşı dayanıqlı hüquq sisteminin əsasını təşkil etmişdir.

Sədr qeyd edib ki, Azərbaycan antikorrupsiya modelinin möhkəm təməli bu gün də öz yüksək effektivliyini göstərməkdə davam edir. Bu nadir siyasi-hüquqi irs 2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyev tərəfindən inkişaf etdirilərək yeni siyasi və sosial-iqtisadi reallıqlara uyğunlaşdırılmışdır. Bu gün də korrupsiyaya qarşı mübarizə Azərbaycan dövlətinin başçısının prioritet siyasi layihəsidir.

​​Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri Rauf Zeyni çıxış edərək Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan  layihə çərçivəsində keçirilən tədbirin təşkilində göstərdiyi dəsətəyə görə Azərbaycan Şəhər Bələdiyyələri Assosiasiyasının və  Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyevə təşəkkürünü bildirib.

Rauf Zeyni çıxışında vətəndaş cəmiyyəti tərəfindən göstərilən təşəbbüslər, həyata keçirilən layihələr, eyni zamanda layihədən kənar fəaliyyətin həyata keçirilməsi, ictimai nəzarət sahəsində təşəbbüslərin göstərilməsi və illər öncə həyata keçirilən fəaliyyət, vətəndaşların sosial rifahı naminə aparılan fəaliyyət və tədbirlər haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir.

​Tədbirdə həyata keçirilən slayd təqdimatında layihənin mahiyyəti, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, şəffaflığın və ictimai nəzarətin artırılması, məmur özbaşınalığına qarşı mübarizənin aparılması, hesabatlılığın təmin olunmasına geniş yer verilmişdir.

​​Daha sonra tədbirdə iştirak edən qeyri-hökumət təşkilatlarının nümayəndələri, ekspertlər öz müstəqil fikirlərini bildirmişdilər.

QHT sədri  Zaur İbrahimli son dövrlərdə aparılan tədbirlər, həyata keçirilən islahatlar və bundan sonra yeni mərhələdə yeni islahatların həyata keçirilməsi və bu islahatların bir çox sahələrdə dövlətimizin inkişafı məqsədilə effekt verəcəyini və bundan sonra daha ciddi islahatların şahidi olacağımızı diqqətə çatdırıb.

​Çıxış edənlər arasında Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri, Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun atası Arif Hümbətov, Azərbaycan Respublikası Qadınlar Cəmiyyətinin sədri Bahar Qasımova, Müasir İnternet Resurslarının İnkişafına Dəstək İctimai Birliyinin sədri Zamin Zeynal, əməkdar jurnalist və QHT sədri Mətanət Ağamirli və digər şəxslər belə tədbirlərin daha geniş ictimaiyyəti əhatə etmək məqsədilə bir çox digər rayonlarda da keçirilməsini təqdirəlayiq hesab ediblər.

​Tədbirin yekununda Təmraz Tağıyev ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı islahatları, uğurlu siyasəti, dövlətimizin inkişafını, 44 günlük Vətən Savaşında torpaqlarımızın işğaldan azad olunmasını, Azərbaycanın regionda və dünyada öz layiqli yerini tutmaq istiqamətində fəaliyyət göstərməsini, uğurlu əməliyyatların aparılmasını, tədbirlərin həyata keçirilməsini qeyd etmiş və bundan sonra da cənab Prezidentin siyasətini dəstəkləyəcəklərini bütün tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

​Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırmışdır.



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər